Sizin Reklam Burada
Xəbər lenti
23-04-2024
BÜTÜN XƏBƏRLƏR

Apteklərdə hələ də maska tapılmır - VİDEO

Tarix: 04-03-2020 22:50     Baxış: 4210 A- / A+
Apteklərdə hələ də maska tapılmır - VİDEO

Son günlər ən çox müzakirə edilən mövzulardan biri də apteklərdə maskanın baha satılması və ya ümumiyyətlə tapılmamasıdır. Ölkə başçısı ötən gün Goranboy rayonunda çıxışı zamanı ölkəmizdə tibbi maska ehtiyyatının kifayət qədər olduğunu, suniqıtlığının isəbəzi möhtəkirlər tərəfindən yaradıldığını və bunu edənlərin də ən sərt formada cəzalandırılacağını bildirdi. Bu gün əməkdaşlarımız paytaxtdakı apteklərdə tibbi maska ilə bağlı sorğu keçiriblər və məlum olub ki, əksər apteklərdə maska satılmır. Aptekləri dərmanla təmin edən şirkətlər isə apteklərə hər gün maska verildiyini bildirir.

Koronavirusla mübarizə çərçivəsində hətta Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən tibbi maskanın xəstə şəxslər və həkimlər tərəfindən istifadəsi tövsiyyə edilsə də suni şəkildə yaradılan ajiotajdan sonra apteklərdə maska tapılmadı və ya qiyməti bir neçə dəfə artdı. Çox təəssüfki hələ də bir çox apteklərdə maska tapılmır.

Paytaxt sakinlərinin sözlərinə görə, hazırda maska tapmaq üçün gərək bir neçə aptekə girəsən.

Sorğumuz göstərdi ki, paytaxtdakı cəmi bir neçə aptekdə tibbi maska tapmaq olur, həm də ucuz qiymətə.

Aptekləri dərmanlarla təmin edən böyük şirkətlərdən birinin direktoru Əzizə Baxşıyevanın xəzərxəbər-ə verdiyi məlumata görə, hazırda anbarlarında kifayət qədər tibbi maska var. Onların nəzarətində olan apteklərə gündəlik təlbata uyğun 1-3 qutu maska verilir. Üstəlik, maskanın 20 qəpikdən baha olmadan satılması tələbi qoyulub. Buna baxamayarq tövsiyə edilib ki, maska limitlə satılsın. Çünki ölkədə maskadan istifadə edənlərin sayı az olduğu halda bəzi apteklərdə əssasız şəkildə maska həddindən artıq tez bitir. Bu isə onu göstərir ki, hələ də vəziyyətdən sui istifadə edənlər var.


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar