Sizin Reklam Burada
Xəbər lenti
26-04-2024
25-04-2024
BÜTÜN XƏBƏRLƏR

Koronavirusdan qorunmaq üçün dərmana gərək yoxdur?

Tarix: 04-03-2020 10:04     Baxış: 4378 A- / A+
Koronavirusdan qorunmaq üçün dərmana gərək yoxdur?


Koronavirusa qarşı peyvənd, eləcə də virusu müalicə edən dərmanların tapılması istiqamətində araşdırmalar davam edir.

Xarici media xəbər verir ki, Taylanddan olan yoluxucu xəstəliklər üzrə mütəxəssis Vanphen Sutsamai antivirus dərmanlarının COVID-2019 virusunun qarşısının alınması üçün effektivliyini qiymətləndirib. Onun sözlərinə görə, koronavirus infeksiyasının qarşısını almaq üçün antivirus dərmanları qəbul etmək və özünü müalicə ilə heç bir müvəffəqiyyət əldə etmək mümkün deyil. Antivirus dərmanları, o cümlədən autoimmun xəstəliklərin müalicəsində istifadə olunan dərmanlarla müalicəyə ehtiyac yoxdur.

Mütəxəssis qeyd edib ki, özünü müalicə etmək istəyən hər bir insan reklam olunan dərmanlarıı aptekdən alıb içir. Amma dərman nə qədər təsirli olursa-olsun, peyvənd deyil. Ona görə də, dərman içərək hələ gizli inkişaf edən virus infeksiyasını "dəf edə" bilsə də, bir müddət sonra digər viruslara yoluxur. Və ətrafdakı insanlar üçün təhlükə mənbəyi kimi qalır. Çünki qəbul olunan dərmanlar yalnız virusun əlamətlərini gizlədir. Xəstəliyi simptomsuz keçməsi isə daha çox yoluxmaya səbəb olur. Həkim bildirib ki, kütləvi yoluxmalar zamanı belə şəxslərin ətrafdakılar üçün böyük bir risk daşıdığını unutmaq olmaz.

Mütəxəssis onu da bildirib ki, qızılca xəstəliyi olan xəstə yeni koronavirusa yoluxub-yoluxmadığını xüsusi bir təhlil olmadan təyin edə bilməz.

O, Rusiya istehsalı olan virus əleyhinə “Arbidol' preparatının Çində koronavirusun müalicəsində istifadəsi haqqında məlumatlara toxunaraq, koronavirusun profilaktikası üçün dərman qəbul etməyə gərək olmadığını vurğulayıb. Çünki bu üsul yanlış təhlükəsizlik hissi yaradır, halbuki virusdan qorunmaq üçün heç bir zəmanət yoxdur.

Onun sözlərinə görə, koronavirusun qarşısının alınması üçün yalnız gigiyena qaydalarına ciddi riayət etmək lazımdır. Bu isə əllərin sabunla tez-tez yuyulması, dezinfeksiyaedici maddələrin istifadəsi və tibbi maskaların geyilməsindən ibarətdir.e-tibb.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar