Xəbər lenti
Mobil telefonlarda koronavirus TƏHLÜKƏSİ: Bu tövsiyəyə mütləq əməl edin

Koronavirusun lazımınca dezinfeksiya olunmamış smartfonun ekranında bir həftə yaşaya biləcəyi açıqlanıb.
Manevr.az xəbər verir ki, Southampton Universitetinin professoru Uilyam Kivill yalnız əlləri yumaqla virusun yayılmasının dayandırılmayacağını qeyd edib: “Əllərinizi yuyandan sonra telefonun ekranına, sonra da üzünüzə toxunursunuzsa, yoluxmaq ehtimalınız xeyli artmış olur”.
Həmçinin Vaterloo Universitetinin professoru Piter Holl da smartfonu mikroorganizmlər yetişdirildiyi Petri nimçələrilə müqayisə edərək istifadəçiləri gündə iki dəfə telefon ekranını təmizləməyə çağırıb.
Səhiyyə ekspertlərinə görə, virusdan qorunmaq üçün spirtli salfetlər daha səmərəlidir.
“Discout”a görə, insan gündə orta hesabla 2 660 dəfə telefonunu götürür. Belə ki, öskürək, asqırmaq, hətta adi tənəffüs nəticəsində islanmış ixtiyari əşya potensial olaraq təhlükə mənbəyinə çevrilə bilər.report
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar