Xəbər lenti
“Maskadan sağlam yox, xəstə şəxslər istifadə etsin” – Həkimdən xəbərdarlıq
“Metro, avtobus, əhalinin çox toplaşdığı yerlərdən uzaq olmaq tövsiyə olunur “.
Manevr.az xəbər verir ki, bunu teleqraf.com-a açıqlamasında infeksionist Kamil Süleymanov deyib.
Koronavirusun 40-dan çox növü olduğunu bildirən infeksionist virusun daha çox heyvanlar arasında yayıldığını qeyd edib:
“Virus heyvanlardan insanlara yoluxur, mutasiya nəticəsində insandan insana da keçmə xüsusiyyətinə malikdir. Ən çox yarasalarda və sürünən heyvanlarda görülür”.
İnfeksionist epidemiyanın qriplə eyni əlamətlərini daşıdığını vurğulayıb:
“Qripə yoluxan şəxslərlə sistematik simptonlar eynidir. Temperaturun olması, quru öskürək, burun axıntısı, baş ağrısı kimi əlamətlərə sahibdir. Virusdan qorunmaq üçün əhalinin sıx yerləşdiyi məkanlardan maksimum az istifadə etmək lazımdır. Metro, avtobus, əhalinin çox toplaşdığı yerlərdən uzaq olmaq tövsiyə olunur”.
Maskadan istifadənin vacibliyini qeyd edən həkim bildirib ki, sağlam yox, xəstə şəxslər istifadə etsinlər:
“Maskalar hər üç saatdan bir dəyişilməlidir. Açıq havada olmaq, otağın havasını tez-tez dəyişmək lazımdır. Əlləri tez-tez yumaq, dezinfeksiyaedici məhlullardan istifadə etmək məsləhət görülür. Bununla yanaşı, qidalanma rejiminə diqqət olunmalıdır. İstirahətə zaman ayırmaq lazımdır. Hazırkı vəziyyətə görə bu profilaktik tədbirləri görə bilərik”.
Kamil Süleymanovun sözlərinə görə, virusa daha çox 60 yaşdan yuxarı şəxslər və körpələr virusa tez yoluxur:
“Hər iki yaş qrupunda immunitet zəif olduğu üçün əlavə yan təsirlər daha çox olur. Virusa qarşı hazırda hər hansı preparat hələ ki, yoxdur. Buna görə də hazırda sistematik müalicələrdən istifadə edirik”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar