Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

“Yoluxma faktı aşkarlansa..." - Baş epidemioloqdan vacib açıqlama

Tarix: 28-02-2020 13:38     Baxış: 3294 A- / A+
“Yoluxma faktı aşkarlansa..." - Baş epidemioloqdan vacib açıqlama

Koronavirus təhlükəsi ilə bağlı insanlar virusdan qorunmağın müxtəlif yollarını axtarırlar. Neçə gündür sosial şəbəkələrdə bunun üçün çox sadə üsul – buruna perekis tökməklə virusa yoluxmanın qarşısının alınmasına dair məsləhətlər dolaşır.

Manevr.az-ın məlumatına görə, Səhiyyə Nazirliyinin baş epidemioloqu, Azərbaycan Tibb Universitetinin Epidemiologiya kafedrasının müdiri, professor İbadulla Ağayev bildirib ki, bu metoddan özbaşına istifadə etmək məsləhət deyil:

“Əvvəlcə, həkimlə məsləhətləşmək lazımdır. Çünki bildiyiniz kimi, perekis qıcıqlanma yarada bilən bir məhluldur. Hazırda bütün xəstəxanalarımız gücləndirilmiş rejimdə işləyirlər. Ona görə də insan özündə nəsə hiss edərsə, həkimə müraciət etməsi məsləhətdir”.

Baş epidemioloq qeyd edib ki, gün ərzində əlləri və üzü sabunla yumaq daha effektiv metoddur:

“Sabun məhlulu ilə burun dəliklərini də yumaq olar. Alternativ variant kimi “Oksalin” məlhəmini də qorunmaq üçün burun dəliklərinə sürtmək olar”.

Qoruyucu maska taxılmasına gəlincə, mütəxəssis bunun ətrafında ajiotaj yaradılmasını düzgün saymır. Çünki xəstələnməyən insanın maska taxması məntiqli deyil:

“Əgər bu virus ölkədə varsa, maska taxılsa da, insana keçəcək. Əgər mən xəstələnməmişəmsə, niyə qoruyucu maska taxım? Bu gün insanları narahat edəcək hal yoxdur. Əminliklə deyə bilərəm ki, Azərbaycanda koronavirus yoxdur. Bir daha qeyd edirəm ki, virusdan qorunmaq üçün gigiyenik normalara əməl etmək daha yaxşı olar”.

Professor İbadulla Ağayev bildirib ki, hazırda ölkədə epidemioloji həddi aşan heç bir yoluxucu xəstəlik qeydə alınmayıb. O, ölkədə koronavirus epidemiyasının olması ilə bağlı iddiaların əsassız olduğunu bildirib. Yalan informasiyalarla əhali arasında panika yaratmağın düzgün olmadığını bir daha vurğulayıb. İ.Ağayev qeyd edib ki, ölkədə koronavirusa yoluxma faktı aşkarlansa, bu haqda dərhal ictimiayyətə məlumat veriləcək:

“Təşviş üçün heç bir əsas yoxdur. Olmayan bir halın mövcudluğunu necə təsdiqləyə bilərik?! Əgər belə bir təhlükə olsa, onu gizlədən deyilik”.

Qeyd edək ki, Azərbaycanda koronavirusla bağlı Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu, 1 saylı Kliniki Tibbi Mərkəz və 7 saylı Uşaq İnfeksion Xəstəxanasında xüsusi palatalar ayrılıb.

Məlumatı Azərbaycan Tibb Universitetinin mətbuat xidməti yayıb.teleqraf.com

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar