Xəbər lenti
Koronavirus Gürcüstanda çatdı: ilk yoluxma faktı qeydə alınıb
Gürcüstanda yeni növ koronavirusa yoluxma halı aşkar edilib.
Manevr.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Yekaterina Tikaradze brifinq zamanı bildirib.
“Bir neçə dəqiqə əvvəl Luqar laboratoriyasından analizlərin cavabını əldə etdik, analizlərə əsasən, ölkədə ilk koronavirusa yoluxma halı qeydə alınıb. Virusa yoluxan şəxs Azərbaycandan keçməklə İrandan gələn Gürcüstan vətəndaşıdır”, - deyə nazir qeyd edib.
Səhiyyə nazirinin sözlərinə görə, xəstəlik aşkar edilən şəxs 50 yaşlı kişidir. O, Gürcüstan-Azərbaycan sərhədindən birbaşa xəstəxanaya yerləşdirilib və heç kimlə kontakt qurmayıb.
Gürcüstan Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Məkrəzinin direktoru Amiran Qamkrelidze bildirib ki, həmin şəxs Gürcüstana dünən qayıdıb.
"Bir saat əvvəl laboratoriya tədqiqatı başa çatdı. Dəqiq cavab almaq üçün müxtəlif reagentlərlə virusu üç dəfə analiz etdik və hər üç halda yoluxma sübut edildi. Həmin şəxs dostu ilə birlikdə bir həftə öncə İrana səfər edib və dünən şəxsi işlərinə görə Gürcüstana qayıdıb. Sərhəd-keçid məntəqəsində onda bəzi simptomlar aşkar edildiyindən Mərkəzi İnfeksion Xəstəliklər Xəstəxanasına yerləşdirilib", - deyə Qamkrelidze hökumət administrasiyasındakı xüsusi brifinqdə bildirib.apa
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar