Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

TALASSEMİYANIN 8 ƏLAMƏTİ - Kimlər risk altındadır?

Tarix: 23-02-2020 20:09     Baxış: 3269 A- / A+
TALASSEMİYANIN 8 ƏLAMƏTİ - Kimlər risk altındadır?


Talassemiya - hemoqlobinin tərkib hissəsi olan zülal zəncirinin sintezinin zəifləməsi ilə xarakterizə edilən irsi hemoqlobinopatiyadır. Bu pozğunluq eritrositlərin membranının zədələnməsinə, qırmızı qan hüceyrələrinin dağılmasına, hemolitik krizlərin inkişafına səbəb olur. Talassemiyanın əlamətlərinə xarakterik sümük dəyişiklikləri, hepatosplenomeqaliya, anemik sindrom aiddir.

Diaqnoz klinik və laborator müayinələrin (hemoqramma, mieloqramma, elektroforetik üsul) nəticələri əsasında qoyulur. Talassemiyanın prenatal diaqnostikası mümkündür. Müalicə məqsədilə hemotransfuziya, desferalla terapiya, splenektomiya, sümük iliyinin transplantasiyası icra olunur.

Manevr.az medicina.az-a istinadən talassemiyanın əsas əlamətlərini təqdim edir:

Böyük (homoziqot) ß-talassemiyanın əlamətləri uşaq doğulduqdan sonra 1-2 il ərzində meydana çıxır. Xəstələrdə xarakterik monqoloid irqinə məxsus üz cizgiləri, yəhərəbənzər burun kökü, dördbucaqlı kəllə, üst çənənin hipertrofiyası, dişləm anomaliyaları, hepato- və splenomeqaliya müşahidə edilir. Anemiya ilə əlaqədar dəri örtükləri solğun və ya sarımtıl rəng alır. Borulu sümüklərin zədələnməsi boy artımının ləngiməsinə və patoloji sınıqlara səbəb olur. Pasiyentlərdə iri oynaqların sinoviti, kalkulyoz xolesistit, aşağı ətrafların xoraları aşkarlana bilər. Daxili orqanların hemosiderozu ß-talassemiyanın gedişini ağırlaşdıraraq, qaraciyər sirrozuna, mədəaltı vəzinin fibrozuna, şəkərli diabetə, kardioskleroz və ürək çatışmazlığına gətirib çıxarır. Uşaqlarda pnevmoniyanın ağır formalarına və sepsisə rast gəlinə bilər.

Kiçik (heteroziqot) ß-talassemiya simptomsuz və ya minimal klinik təzahürlərlə (dalağın bir qədər böyüməsi, zəif ifadəli hipoxrom anemiya, tez yorulma) gedə bilər. Analoji simptomatika α-talassemiyanın heteroziqot formasında da müşahidə edilir.

α-talassemiyanın homoziqot formasında alfa zəncirləri olmur; döldə fetal hemoqlobinin sintez edilmir. Talassemiyanın bu forması həyatla uzlaşmadığından hidrops sindromu nəticəsində dölün bətndaxili ölümü və ya hamiləliyin özbaşına pozulması (düşük) baş verir. Hemoqlobinopatiya-H hemolitik anemiya, splenomeqaliya, sümüklərin ağır dərəcəli zədələnmələr

Əsas bunlara diqqət yetirin:

narahatlıq
solğunluq
tez-tez infeksion xəstəliklərin keçirilməsi
iştahın pis olması
inkişafda geriyə qalması
sarılıq (dərisi və göz ağları sarımtıl)
böyümüş orqanlar (qara ciyər, dalaq).

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar