Xəbər lenti 
					
 
		“Həkim burnumu tanınmaz hala saldı” - Burun əməliyyatı keçirən qadın - FOTOLAR

Bakıda burun əməliyyatı etdirən Səbinə Nağıyeva adlı vətəndaş həkimdən şikayətçidir.
Manevr.az xəbər verir ki, bu barədə Femida.az-a qadın özü danışıb. Onun sözlərinə görə, bir il öncə Bakıda yerləşən Avrasiya Hospitalında burun əməliyyatı keçirib.
Plastik cərrah Sənan Mehdiyevin etdiyi əməliyyat nəticəsində onun burnunda əyilmə müşahidə olunub. Qadının iddiasına görə, burnu əvvəlkindən də pis vəziyyətə düşüb:
"2015-ci ildə burnumda olan çəpər əyriliyinə görə əməliyyat keçirdim. Avrasiya klinikasının . Gipsi açandan sonra gördüm ki, burnum əyilir. Həkimə bunu dedikdə, cavab verdi ki, gözləyim, düzələcək. Ancaq getdikcə burnum daha da əyildi. Sonra yanına getdim ki, burnum pis vəziyyətdədir. Mənə cavabında dedi: "Suyun süzülə-süzülə bura nəyə gəlmisən? Əlimdən gələn budur.” Bu görüşdən sonra mənimlə çox kobud davrandı. Avrasiya Hospitalının Baş həkimi ilə görüşdüm. O da həkimin tərəfini tutdu. Mən onlara 1800 manat pul ödəmişəm. Onu geri istəyirəm. Həkimə feysbukda mesaj yazdım. Ondan sonra məni bloka atdı.Buna görə də mən məhkəməyə müraciət etdim. Ayın 28-də Nəsimi Rayon Məhkəməsində baxış keçiriləcək.”
Avrasiya Hospitalının həkimi Sənan Mehdiyev sayta açıqlamasında belə bir hadisənin yadına gəlmədiyini bildirib:
"Düzü, belə bir hadisəni xatırlamıram. Əgər, həmin xanım narazıdırsa, bunu ekspertiza dəyərləndirməlidir. Mən başqa söz deyə bilmərəm. Məhkəməyə verilməyimi isə indi sizdən eşidirəm. Mənə heç bir bildiriş gəlməyib.”
Avrasiya Hospitalından verilən məlumata görə isə narazı vətəndaş yenidən həkimə müraciət edə bilər.
Xatırladaq ki, 2015-ci ilin martın 18-də Maliyyə-İqtisad Kollecinin 3-cü kurs tələbəsi 18 yaşlı Leyla Mürsəlova cərrah Sənan Mehdiyevin burun əməliyyatı aparmasından sonra həyatını itirmişdi.


 
	   
	    
		
		
	
	
 	Xəbəri paylaş
	
			
 
   
  
                
                
            
             
            
Çox oxunanlar
Son yüklənənlər

.jpg)

 Axtarış
 Reklam 
				 
 İqtisadiyyat 
       
		 Yazarlar
       İmarət Cəlilqızı
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Cahangir NAMAZOV
		   
-Təranə Dəmir
		   
- Sevil Nuriyeva
		   
 Sorğu 
				 Portalımızı dəyərləndirin.
 Çox oxunanlar 
 
				 
















 
 















