Xəbər lenti
Bakıda koronavirus şübhəsilə bağlı 5 nəfər xəstəxanaya yerləşdirildi - Nazirlik
İstanbuldan və Moskvadan gələn 5 nəfər Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Manevr.az xəbər verir ki, bu barədə Azərbaycan Resbublikası Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mətbuat xidmətlərinin birgə məlumat yayıblar.
Məlumatda bildirilir ki, bu gün üçün KTM-in yoluxucu xəstəliklər şöbəsinə 5 nəfər yerləşdirilib.
Çində təhsil alan 27 yaşlı Azərbaycan vətəndaşının hərarəti normaldır, heç bir şikayəti yoxdur, karantin müddəti bitənə qədər müayinə olunacaq.
Pekində təhsil alan 28 yaşlı Azərbaycan vətəndaşı, 27 yaşlı həyat yoldaşı ilə birlikdə gəlib. Heç bir şikayətləri yoxdur, hər ikisi həkimlər tərəfindən müayinə olunacaqlar.
Çində təhsil alan 22 yaşlı Azərbaycan vətəndaşının sərhəd keçid məntəqəsində nəzarətdən keçərkən hərarəti normadan bir qədər yüksək olub. Hazırda həkimlər tərəfindən müayinə edilir, ona lazımı yardım göstərilir.
Çində təhsil alan 22 yaşlı Azərbaycan vətəndaşının da hərarəti normaldır heç bir şikayəti yoxdur. Karantin müddəti bitənə qədər müayinə olunacaq.
Pekində təhsil alan 23 yaşlı Azərbaycan vətəndaşının (qız) hərarəti normaldır heç bir şikayəti yoxdur.
Yuxarıda qeyd olunanlar ölkəyə tranzit aviareyslərlə İstanbul və Moskva şəhərlərindən gəliblər.
Bakıda təhsil alan Çin vətəndaşına gəldikdə, o karantin müddəti bitdiyindən bu gün evinə buraxılır. Səhhətində heç bir problem yoxdur.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar