Xəbər lenti
Əti əvəz edən zülallı qidalar — SİYAHI
İnsan orqanizminin tikinti materialı zülaldır. Onsuz orqan və toxumalar məhv olar. Bu gün qırmızı ətin, broyler toyuqlarının zərəri barədə məlumatlar, eləcə də ət məhsullarına şübhələr, ətin baha olması insanları daha az ət yeməyə məcbur edir. Ona görə də bəzi xəstəliklər kəskinləşir, gənclərin əzələ və skeleti zəif olur, protein olmadığındanbədən yaxşı formalaşmır. Bəs ət az yeyiriksə, zülalı başqa nədən ala bilərik?
Manevr.az medicina.az-a istinadən orqanizmi ət qədər zülalla təmin edən, daha ucuz və faydalı alternativləri təqdim edir:
Yumurta
suda bişmiş yumurta 95% orqanizm tərəfindən yaxşı mənimsənilir, idmançıların menyusunda mütləq olur. Gündə 2-3 yumurtadan artıq yemək olmaz
Süd məhsulları
pendir, kefir, kəsmik, qatıq kifayətdir ki, orqanizmə faydalı protein daxil olsun. Xüsusən az yağlı məhsullarda protein çoxdur
Paxlalar
noxud, lobya, paxla 25% proteindən ibarətdir. Xüsusən suda qaynadılmışı yeyilməlidir.
Balıq
yüngül həzm olunan zülal mənbəyidir. Üstəlik amin turşuları ilə zəngindir
Qoz, badam
Ətdəki zülalı tamamən əvəz edir. İnsan üçün ideal enerji mənbəyidir. Günə 10 ədəd qoz ləpəsi kifayətdir.
Göbələk
Elə bişirdikdə də ət dadı verir. Amma ağır həzm olunur, qaraciyəri yükləyir.
Yarmalar
Qarabaşaqda 12% protein var. Ət yoxdursa, qreçka bişirib yeyin.
Günəxaban
Proteinlə zəngindir, amma insan gündə 100 qramdan artıq günəbaxan tumu qəbul etməməlidir
Spirulina
Dəniz yosunudur, ən qədim bitkidir. 65% protein mənbəyidir. Spirulin həm toz halında, həm də tablet kimi BAD formasında satılır. Suya qatıb icirlər.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar