Xəbər lenti
Xoruldamaqdan necə qurtulmalı? – Sadə ÜSULLAR
Əksər insanın narahat olduğu xoruldamaq səsləri – burun və boğazdan ciyərlərə gedən hava yollarını açıq tutan damarın, yuxu əsnasında genişlənməsi ilə meydana çıxır.
Bu barədə mütəxəssislər bildirir. Bəs xoruldamağın qarşısını necə almaq olar?
Aşağıdakı üsullar vasitəsi ilə xoruldamağınızın qarşısını qismən də olsa ala biləcəksiniz:
-Yatmazdan qabaq yeyiləcək ağır yeməklər və içkilərdən uzaqlaşın. Yatmazdan qabaq ağır qida yemək boğaz damarlarının normaldan daha çox genişlənməsinə yol açır, bu da xorlamağa səbəb olur.
-Artıq kilolarınız varsa idman vasitəsilə arıqlayın.
-Ağır xoruldamaq probleminiz yoxdursa yatmaq üsulunuzu dəyişdirməyə çalışın. Üzü üstə və ya yan yataraq bu problemdən xilas ola bilərsiniz.
-İçində tenis topu olan bir bel çantası taxın və topu belinizin boşluğuna gətirin. Bu üsulla hər beliniz tərəfində döndüyünüzdə narahat olacasınız və yan yatacaqsınız. Yataq otağınızın havasının təmiz olduğuna əmin olun.
-Siqaretdən istifadə edirsinizsə tərgitmək və ya azaltmaq tövsiyə edilir. Səbəb olduğu problemlərdən biri də xoruldamaqdır.
-Başınızı yüksəkdə tutacaq və xoruldamağın qarşısını alacaq yastıqdan istifadə etməyiniz məsləhətdir.(medicina.az)
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar