Xəbər lenti
"Molokan" kələminin sağlamlıq üçün 5 inanılmaz faydası
Kələm turşusu qışın ən populyar məhsuludur. El arasında ona "molokan" kələmi də deyilir. Kələm turşusu sağlamlığımız üçün olduqca vacib probiotik, prebiotik, qidalı liflər, fermentlər və vitaminlərlə zəngindir.
Kələm turşusu əsl müalicəvi məhsuldur.
Manevr.az saglamolun.az-a istinadən kələm turşusunun insan sağlamlığı üçün mühüm faydaları ilə tanış edir.
1.Bağırsaqların sağlamlığını qoruyur
Kələm turşusu həm probiotik, həm də prebiotiklərlə zəngindir. Kələmin tərkibində olan probiotiklər (lakto- və bifido bakteriyalar) bağırsaqların mikroflorasını yaxşılaşdırır, ziyanlı mikrofloranın miqdarını azaldır. Prebiotiklər isə faydalı mikrofloranın qorunması və çoxalmasını təmin edir.
Həmçinin qıdalı liflərlə zəngin olan kələm turşusu bağırsaqların normal fəsliyyətini təmin edir, qəbizliyin qarşısını alır.
2.Xolesterinin səviyyəsini aşağı salır
Qidalı liflərin sayəsində kələm turşusu xolesterinin səviyyəsini aşağı salır və bununla da ürək və damarların sağlamlığını qoruyur.
3.İmmun sistemini möhkəmləndirir
Bağırsaqların sağlam mikroflorası güclü immunitetin əsas şərtidir.
Bağırsaqların mikroflorasını yaxşılaşdırmaqla kələm turşusu immun sistemini də möhkəmləndirir, virus və infeksiya xəstəliklərinin riskini azaldır.
4.Damarları möhkəmləndirir
C vitamini ilə zəngin olduğundan kələm turşusu damarlar üçün çox faydalıdır. C vitamini damarların divarlarını möhkəmləndirir, damarların elastikliyini artırır, damarların partlaması riskini azaldır.
5.Arıqlamağa kömək edir
Qidalı liflər və tartron turşusu sayəsində kələm piylərin orqanizmdə yığılmasına mane olur, arıqlamağa kömək edir.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar