Xəbər lenti
Damarlarda yaranan sərtliyin qarşısını almaq üçün... - Kardioloqlar AÇIQLAYIB
Kardioloqlar arteriyaların sərtləşməsinin qarşısını almaqla bağlı tövsiyələr veriblər.
Manevr.az e-tibb.az-a istinadən bildirir ki, misirli kardioloqlar, damarların sərtləşməsinin çox vaxt artıq çəki ilə əlaqəli olduğunu bildiriblər.
Həkimlər damarların sərtləşməsinin piylənmə və qan damarlarında aterosklerotik ərp adlanan maddə toplanmasına gətirib çıxardığı üçün təhlukəli olduğunu vurğulayıblar.
Bildirilib ki, zamanla həmin ərplərin ölçüsü böyüyür və bu, qanın axmasına mane olur. Bu vəziyyət Alzheimer xəstəliyi kimi neyrodegenerativ xəstəliklərin inkişaf riskini də artırır.
Misir həkimləri bunun qarşısını almağın ən sadə yolunun arıqlamaq olduğunu bəyan ediblər. Bədən kütləsi indeksini normallaşdırmaq üçün normal yuxu olmalı, təzə meyvə-tərəvəzlərə üstünlük verilməli , şəkərli və qazlı içkilərin istifadəsi məhdudlaşdırılmalıdır.
Onlar gündə 3-5 fincan şəkərsiz qəhvə içməklə qan dövranı sistemini təmizləməyi də məsləhət görürlər.
Bundan başqa, hesab olunur ki, su arıqlamaq üçün son dərəcə vacib elementdir. İçilən suyun gündəlik həcmi təxminən 2 litr olmalıdır. Arıqlmağa nail olmaq üçün həftədə 3 dəfə fiziki məşqlər və zülal tərkibli qidalara üstünlük vermək də məsləhət görülür.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar