Xəbər lenti
Şəkərdən imtina etmək olmaz?
Son illər əksər mütəxəssislər, dietoloqlar şəkər istifadəsinin zərərləri haqqında danışır, şəkərdən, tərkibində şəkər olan məhsullardan imtina etməyə çağırırlar.
Manevr.az e-tibb.az-a istinadən bildirir ki, buna baxmayaraq klinik tədqiqatlar şəkər çatışmazlığının xəstəliyə səbəb ola biləcəyini göstərir.
Şəkər ta qədim zamanlardan təhlükəli olmayan bir qida kimi tanınıb. Şəkərin struktur analizinə əsasən, onun tərkibi fruktoza və qlükozadan ibarətdir. Fruktoza yağa çevrilə bilir, qlükoza isə birbaşa hüceyrələrə verilir, bədəni enerji ilə doyurur.
Şəkər qəbulunun artması ilə qlükoza glükogen ilə birləşir, reaksiya zamanı molekullar əzələlərdə və qaraciyərdə toplanır. Yüksək glükogen tərkibi ilə qlükoza yağlarda saxlanılır. Daim artan şəkər səviyyəsində, artıq çəki və şəkərli diabet kimi patologiyalara rast gəlinir.
Çox şəkər qəbulu təhlükəli sayılsa da, normal miqdarda yenə də faydalı hesab olunur. Şəkər qaraciyəri onu zəhərli maddələrdən təmizləyən dəstəkləyici funksiyasını təmin edir. Qlükoza, öz növbəsində, qaraciyər üçün qoruyucu rol oynayır.
Klinik tədqiqatlar şəkərin dalağın işinə də köməkçi olduğunu sübut edir. Qlükoza dalağa yığılan zərərli və zəhərli maddələri kənarlaşdırmağa yardım edir.
Şəkər beyini də qidalandırır, enerji ilə təmin edir. Normada qəbul edilən şəkər əslində insanın ömrünü artır.
Bundan əlavə, şəkər maddələr mübadiləsinə təsir göstərir, çünki qlükoza maddələr mübadiləsinin bütün proseslərində iştirak edir.
Şəkərin həddindən artıq istifadəsi isə şəkərli diabet, ürək və qan damarlarının patologiyalarına, piylənmə və mədəaltı vəzinin xəstəliklərinə səbəb olur.
Yetkin yaşda olan insan üçün normal gündəlik şəkər miqdarı 50 qramdır. Bu, təxminən 3 xörək qaşığı şəkər deməkdir.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar