Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Damarları təbii yolla təmizləyən UNİKAL QARIŞIM

Tarix: 17-01-2020 09:34     Baxış: 4542 A- / A+
Damarları təbii yolla təmizləyən UNİKAL QARIŞIM


Qan-damar sistemində yaranan problemlər ürək fəaliyyətinin pozulmasına səbəb olur. Damarların tıxanması nəticəsində müxtəlif ürək xəstəlikləri meydana gəlir.


Manevr.az xəbər verir ki, qan damarlarının təmizlənməsi üçün faydalı olan meyvə və tərəvəzlərin siyahısını sizə təqdim edir.

Sarımsaq


Sarımsaq müxtəlif xəstəlikləri, o cümlədən, ürək fəaliyyəti ilə bağlı xəstəlikləri müalicə etmək üçün ta qədimdən istifadə edilib. Çoxsaylı tədqiqatlar sarımsağın damarları təmizləmək üçün əla vasitə olduğunu üzə çıxarıb.

Üzüm


Üzüm tərkibində çox olan antioksidant sayəsində orqanizmdə yağ mübadiləsini normallaşdırır, arterial damarların tıxanması və tromb yaranması riskini azaldır və ürək xəstəliklərinin qarşısını alır.

Zeytun yağı


Zeytun yağının faydaları saysızdır. Bu yağın istifadəsi qanda zərərli xolesterinin toplanmasının qarşısını alır.

Mərcanı


Digər adı quşüzümü olan bu giləmeyvənin şirəsindən həftədə 3 stəkan qəbul etmək damarların divarlarına yapışıb qalmış xolesterinin təmizlənməsinə kömək edir. Bu giləmeyvə hüceyrələrin yağları udma qabiliyyətini artırır və qanda zərərli xolesterinlərin toplanmasının qarşısını alır.

Pomidor


Koreyalı alimlərin araşdırmalarına görə, pomidor tərkibində olan likopen maddəsi sayəsində damarların daralmasının qarşısını alır. Likopen həm də şiş yaranmasına qarşı güclü antioksidantdır. Onun müntəzəm istifadə olunması qocalma prosesini zəiflədir.

Şpinat


Şpinat hipertoniyanın, xolesterin yığılmasnın və ürək çatışmazlığı xəstəliyinin qarşısını alır.

Kivi və qovun


Kivi və qovun yüksək antioksidant tərkibi ilə tanınır və bu, xolesterol səviyyəsini effektiv şəkildə azaldır. Gündəlik az miqdarda belə olsa qovun və kivi yemək arteriyaların təmizləməsini təmin edir.

Nar


Nar aterosklerozun inkişafına mane olur və qan damarlarının divarlarının sıxılmasını yavaşladır.

Yulaf


Yulaflar yüksək miqdarda həlledici lifə malikdir və orqanizmdə xolesterin yığılmasına mane olur. Gündə yalnız 1,5-2 fincan yulaf sıyığı qanda xolesterinin səviyyəsini 20% azalda bilər.

Ümumiyyətlə, arteriyaların təmizlənməsi üçün hər hansı bir radikal üsula müraciət etməyinizə və ya xüsusi qaydalar tətbiq etməyinizə ehtiyac yoxdur. Sağlam həyat tərzi sürmək və yuxarıda sadalanan siyahıdakı məhsulları istifadə etmək kifayətdir./publika.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar