Sizin Reklam Burada
Xəbər lenti
23-02-2025
22-02-2025
BÜTÜN XƏBƏRLƏR

Ucuz və faydalı tərəvəz YERKÖKÜ — Təzyiqi salır, görməni yaxşılaşdırır...

Tarix: 16-01-2020 09:20     Baxış: 4339 A- / A+
Ucuz və faydalı tərəvəz YERKÖKÜ — Təzyiqi salır, görməni yaxşılaşdırır...


Qış aylarında yerkökü vitamin və mineralların ən yaxşı mənbələrdən biridir. Karotinlə (A vitamini) zəngin olan yerkökü görməyə müsbət təsir edir. Karotindən əlavə yerkökündə göz büllurunun və torlu qişanın sağlamlığını qoruyan lütein və zeaksantin maddələri var. Amerika oftalmologiya jurnalında dərc olunmuş elmi araşdırmanın nəticələrinə əsasən, həftədə 2 porsiya kök yeyən insanlarda qlaukomanın riski 64% azalır.
Manevr.az saglamolun.az-a istinadən bildirir ki, karotin həmçinin immun sisteminə də yaxşı təsir edir. A vitamini selikli qişaların normal fəaliyyətində çox böyük rol oynayır. Selikli qişalar orqanizmdə baryer funksiyasını yerini yetirir, mikrobların orqanizmə daxil olmasına mane olur.

Kök həzm olunmayan liflərlə zəngindir. Bu liflər bağırsaqların fəaliyyətini yaxşılaşdırır, qanda xolesterinin səviyyəsini aşağı salır, arıqlamağa kömək edir.
Karotinoidlər güclü antioksidant xüsusiyyətlərə malikdir. ABŞ alimləri sübut edir ki, karotinoidlər ağciyər xərçənginin riskini azaldır. Həmçinin yerkökünün tərkibində olan maddələr düz bağırsaq, prostat xərçənginin və leykemiyanın riskini azaldır.

Yerkökü ürək və damarlar üçün əvəzsiz olan kaliumla zəngindir. Kalium ürək əzələsini möhkəmləndirir və həmçinin orqanizmdən artıq natriumu xaric etməyə yardım edir. Natrium orqanizmdə artıq mayeni saxlayaraq arterial təzyiqinin qalxmasına səbəb olur.

Mütəxəssislər qeyd edir ki, kökü yağla birlikdə istehlak etmək daha faydalıdır. Yerkökünün tərkibində olan karotinoidlər yağla birlikdə daha yaxşı mənimsənilir.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar