Xəbər lenti
Çərəzin əzələ sisteminə İNANILMAZ FAYDALARI: bunlara diqqət edin
Yaşla heç bir əlaqəsi olmayan əzələ dartınması çoxunun şikayət etdiyi vəziyyətdir.
Manevr.az xəbər verir ki, dartınma özü ilə birlikdə əzələ və ya əzələ qrupunun dözülməz ağrılarını gətirir.
Bu vəziyyətin tez-tez təkrarlanması isə metabolik və nevroloji xəstəlikərin simptomudur. Məsələn, diabet, Parkinson xəstəlikləri əzələ dartınması sayəsində üzə çıxır. Maqnezium, kalium kimi mineralların, duz və B12 vitamin çatışmazlığı da dartınmaları tezləşdirə bilər.
Bəs bu problem ev şəraitində təbii üsullarla aradan qaldırıla bilərmi?
Xoş xəbərimiz var: əlbəttə!
*Maqnezium əlavələri (xüsusilə, sitrat və qlisinat duzları) dartınmanın qarşısını alır və azaldır.
* B1 vitamini dartınmanın ağrısını azaldır. B6, B12 əlavə ediləndə təsir daha da güclənir.
* Üzüm çəyirdəyi ayaqdakı əzələ dartınmalarını müalicə edir.
* E vitamini də bu işin öhdəsindən gələ bilər.
* Sodium və kalium çatışmazlığı qarın və ayaq bölgəsindəki dartınmalara səbəb ola bilər. Kalium və duz yeməklə bu problemin qarşısı alına bilər.
Yuxarıda adı çəkilən təbii məhsullar ən çox çərəzlərin tərkibində olur. Lakin çərəzlərdən istifadə edərkən də diqqətli olmaq lazımdır ki, sağlamlığı qorumaq istəyərkən artıq çəki yaranmasın.
30 qram çərəzi həzm etmək üçün nə qədər hərəkət etmək lazımdır?
30 qram çərəz 175 qram kaloriyə bərabərdir. Bu kalorini yandırmaq üçün 30 dəqiqə nizamlı yürüş, ya da 45 dəqiqə sürətli yürüş etmək lazımdır. Eyni miqdar kalorini velosipedlə 20, yüksək sürətlə isə 15 dəqiqə yandıra bilərsiniz.
175 kalorini xərcləmək üçün ən az 20-25 dəqiqə üzmək lazımdır. Tennisi təkbaşına oynayırsınızsa 15, digər halda isə 30 dəqiqə bəs edər. Əgər qolf xoşlayırsınızsa, 15-20 dəqiqəyə ehtiyacınız var.
Çərəzlərin porsiyaları nə qədər olmalıdır?
Çərəzlərin sağlamlığa faydası sübuta ehtiyacı olmayan faktdır. Tərkibi sağlam yağlar, faydalı proteinlər, minerallar, bol lif və vitamindən ibarətdir. Bununla yanaşı, həm də kalori çəlləyidir. 100 qram çərəz 600 kaloriyə bərabər olur. Bu miqdar bir kişinin gündəlik kalori ehtiyacının dörddə biri, qadınlarda isə üçdə birinə bərabərdir.
Qısası, çərəzi ovuc-ovuc deyil, sayaraq yeməkdə fayda var, yoxsa artıq çəkiyə səbəb olar. Buna görə də gündə 30 qramdan çox çərəz yeməyin.
Gündəlik yeyilə biləcək çərəz miqdarı:
Badam (təzə): 20 ədəd
Fındıq (təzə): 20 ədəd
Yerfıstığı (qovrulmuş): 40 ədəd
Qoz (təzə): 5 ədəd
Çərəzləri qovrulmamış, duzlanmamış və qurumamış formada yeməkdə fayda var. Onları nəmli yerdə saxlamayın. Qaranlıq yerdə saxlanmalarında isə fayda var.
BONUS
Qış yaxınlaşarkən qalın geyimlərə bürünüb kilolarını gizlətmək istəməyənlər üçün tövsiyələrimiz var. Əgər bədəninizi daim "toksin əleyhinə silah" halına gətirmək
istəyirsinizsə, mətbəxinizdə bu məhsullardan bol istifadə edin: sarıkök, cəfəri, dərəotu, kərəviz, sarımsaq, avokado, kələm, çuğundur. (publika.az)
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar