Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

2019-сu ilin ən qeyri-adi diaqnozları: Sizi it yalayıb

Tarix: 31-12-2019 17:18     Baxış: 4256 A- / A+
2019-сu ilin ən qeyri-adi diaqnozları: Sizi it yalayıb


Avstriyanın “Kurier” nəşri 2019-cu ilin ən qeyri-adi diaqnoz hallarından yazıb.

Belə ki, 63 yaşlı kişini elə öz iti yaladıqdan sonra halı pisləşib. İlkin müayinədən sonra o dərhal reanimasiyaya qaldırılıb. Lakin həkimlər ona kömək edə bilməyiblər, itin sahibi orqan çatışmazlığından ölüb.

İsraildə, 60 yaşındakı bir qadın təsadüfən “guacamole”ni (avokado sousu) vasabi (çox acı yapon yaşıl xardalı) ilə qarışıq salaraq yedikdən sonra ürək problemləri səbəbiylə xəstəxanaya qaldırılıb.

2017-ci ildə Portuqaliya sakini əllərinə hormonal implant yerləşdirir. Bu yaxınlarda onu əvəz etdikdən sonra ağır qanaxmaya məruz qalır. Narahat olan 31 yaşlı qadın həkimə müraciət edib. Ancaq həkim implantı onun əlində tapmır, məlum olur ki, implant ağciyərə keçib.

İngiltərədə, 72 yaşlı təqaüdçü əməliyyatdan sonra udma ilə bağlı problemlər yaşamağa, həmçinin qanlı öskürməyə başlayıb. Bir neçə dəfə həkimlərə müraciət etsə də, ilkin müayinədə sətəlcəm diaqnozu qoyulur, antibiotiklər təyin edilir və müalicə üçün evə göndərilir. Həkimlər tərəfindən edilən ikinci müayinədən cəmi bir həftə sonra məlum olur ki, kişi sətəlcəm deyilmiş, protezinin bir hissəsi boğaza keçib.

Britaniyalı Bristoldan olan bir gənc sağlam olmayan düzgün qidalanmadığı üçün gözlərini itirib. Belə ki, o gününü fri-kartof, çips və ağ çörəklə keçirir, bəzən də ət yeyirdi. 17 yaşlı yeniyetmənin vitamin çatışmazlığından kor olduğu məlum olub.

Ötən ilin aprel ayında isə Filippin sakini qeyri-adi səbəbdən qolunu itirib. Coy Arcilla qolundakı xərçəng şişini ağcaqanad dişləməsi sayıb. Hər şey məlum olduqda isə artıq gec olub: kimyəvi terapiya kursları qızı xəstəlikdən xilas edə bilmir və şişin bədənin digər hissələrinə yayılacağı təhlükəsi ilə əli amputasiya edilir./oxu.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar