Xəbər lenti
Həkim-diyetoloqların heç vaxt yeməyəcəyi məhsullar
Ən tanınmış həkim-diyetoloqlar heç bir şəraitdə yeməyəcəkləri məhsulları açıqlayıb. Bu barədə "Everyday Health" nəşri yazıb.
Manevr.az həmin mütəxəssislərin fikirlərini təqdim edir:
Kolbasa, sosiska, bekon
Diyetoloq Bonni Taub-Diks deyib ki, heç vaxt emal olunmuş ət yeməyəcək. O, bunun səbəbini belə izah edib:
"Tədqiqatlara əsasən, yüksək miqdarda emal olunmuş ətlə (bekon və kolbasa) zəngin pəhrizlər xərçəng və ya ürək-damar xəstəliklərindən ölüm riskini artıra bilər".
Şirin kofeli içkilər
"Kofe verilən məkanlarda bu qeyri-adi qarışıq içkilərin tərkibində 400-dək kalori və 15 çay qaşığı şəkər ola bilər!", - diyetoloq Coanna Sakimura deyib.
Amerika Kardiologiya Assosiasiyası gün ərzində kişilər üçün 6 çay qaşığı və ya 100 kaloridən çox, qadınlar üçün isə 9 çay qaşığı və ya 150 kaloridən çox əlavə olunmuş şəkər qəbul etməyi məsləhət görmür.
Şirniyyat
Diyetoloq Morin Namkun deyir ki, heç vaxt emal olunmuş un məmulatları yeməyəcək:
"Yararlılıq müddəti məni əsəbiləşməyə məcbur edir, həddindən çox konservant, həddindən çox kimyəvi maddələr, həddindən az dad", - Namkun deyib.
O, "şirin qəlyanaltılar"ın əvəzinə "əsl" desertlərə üstünlük verir.
Marqarin
Bütün diyetoloqlar bildiriblər ki, tərkibində marqarin olan qidadan qaçırlar. O, tərkibindəki pis xolesterin səbəbindən ürək xəstəlikləri riskini yüksəldə bilər./qafqazinfo
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar