Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Qışda D vitamini problemi - Nə etməli?

Tarix: 10-12-2019 23:02     Baxış: 4287 A- / A+
Qışda D vitamini problemi - Nə etməli?

D vitamininin əsasən sümüklər üçün faydalı olduğunu çoxları bilir. D vitamini çatışmazlığı xüsusilə havaların soyuması və qış aylarının gəlməsi ilə birlikdə yenidən gündəmə gəlir.

Manevr.az medicina.az-a istinadən bildirir ki, aparılan son araşdırmalara görə, D vitamini çatışmazlığı xərçəng, Tip 1 diabet və immun sistemi çatışmazlığı xəstəliklərinin inkişafına qədər geniş təsirə malikdir. D vitamininin yüksək miqdarda çatışmazlığı halsızlıq, yorğunluq, hətta yaşlılarda müvazinəti itirmə kimi problemlərə yol açır. Bəs, D vitamini çatışmazlığını necə aradan qaldırmaq olar?

Alimlər D vitamini çatışmazlığını aradan qaldırmaq üçün ilk növbədə gün ərzində 15 dəqiqə günəşlənməyi məsləhət görürlər. Bununla da orqanizmin gündəlik D vitamininə olan ehtiyacı ödənmiş olur.

D vitamini immunitet sisteminin hüceyrə yenilənməsi və metabolizma üçün çox əhəmiyyətlidir. Azərbaycan günəşli ölkələrdən biridir. Qış aylarında günəşli günlərdə saat 10:00-15:00 arası, 15 dəqiqə ərzində bədəni günəşin şüalarınının təsirinə məruz qoymaq məsləhətdir.

Xüsusilə vücudumuzun bəzi hissələri, qollar, ayaqlar, əllər, üz nahiyələri günəşlənməlidir. 15 dəqiqə ərzində Günəşin təsirinə məruz qalmaq gündəlik D vitamini ehtiyacını ödəyəcək. Bu müddət ərzində vücudun şüaları tam qəbul etməsi üçün günəşdən qoruyucu kremlərdən istifadə etmək məsləhət görülmür. Digər vaxtlarda isə dəri xərçəngindən qorunmaq üçün günəşdən qoruyucu kremlərdən istifadə etmək olar.

Bəzi qidalar da D vitamini baxımından vacibdir. Orqanizmdə istehsal olunan D vitaminin 10 faizi qidalardan təmin ediir. Mütəxəssislərin fikrincə, D vitamini baxımından çox zəngin olan qidalar yoxdur. Soyuq ölkədə yaşayan balıqlar belə sadəcə bunun müəyyən hissəsini qarşılayır. Gündəlik orta hesabla D vitamininə olan ehtiyacımız 800-1000 unitdir. Bunun qidalardan alınması çox çətindir. Həftədə iki və ya üç dəfə soyuq ölkə balığı, ala balıq istehlak etmək faydalı ola bilər. Yumurta və süd məhsullarına gəldikdə isə gündə 50 dənə yumurta yemək lazımdır. Bu da mümkün deyil.

D VİTAMİNİ AMPULALARI ZƏRƏRLİDİRMİ?

Həkimlərin araşdırmalarına görə, D vitamini çatışmazlığının qarşısını almaq üçün D vitamini ampulalarından istifadə effektli deyil. Belə ki, D vitamini əskik olan insanların bağırsaqlarında çox miqdarda D vitamini udulmasına aid cazibə qüvvəsi yaranır. Damla şəklində belə istifadə etdiyiniz D vitamini orqanizmə çox gəlir. Vücudda həddindən artıq toplanır və bu da böyrək çatışmazlığına səbəb olur. Ona görə də hər bir halda D vitamini çatışmazlığını da təbii yollarla aradan qaldırmağa can atmaq lazımdır.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar