Xəbər lenti
İlk dəfə xəstə dondurularaq əməliyyat edildi
Merilend Universitetinin Tibb Fakültəsindən Samuel Tişermanın New Scientist üçün verdiyi bildirişdə tibb qrupunun əməliyyatı xəstəni donduraraq həyata keçirdikləri qeyd olundu. İlk dəfə edilən bu tətbiq həqiqətən inanılmazdır.
Hələ neçə insanın bu cür xilas olduğu açıqlanmasa da texniki cəhətdən həqiqətən çox maraqlıdır. Bu texnikaya Emergency Preservation and Resuscitation - EPR deyilir. Baltimorda Merilend Universitetinin Tibb Mərkəzində bu yanaşma silahla yaralanma kimi yaralar keçirən və ürək dayanması olan kəslərə tətbiq olunur.
Manevr.az deyerler.org-a istinadən bildirir ki, bu yaralıların ürəyi dayanır və qanlarının yarısını itirirlər. Bu vəziyyətdə həkimlərin əməliyyat etmək üçün yalnız bir neçə dəqiqəsi olur və bu xəstələrin adətən həyatda qalma ehtimalı 5%-dən daha azdır. EPR texnikasında yaralı 10 ilə 15°C dərəcəyə qədər soyudulur. Xəstənin beyin fəaliyyəti haradasa tamamilə dayanır. Sonra bədənin soyutma sistemiylə əlaqəsi kəsilir ki, yoxsa adam ölü olaraq təyin olunar. Xəstə sonra əməliyyata götürülür. Əməliyyat qrupunun xəstənin yaralarını tikməsi üçün yalnız 2 saatı var. Sonra xəstə isidilir və ürək yenidən işə salınır. Tişerman sınağa dair bütün nəticələrin 2020-ci ilin sonunda eşitdiriləcəyini bildirdi. Adətən insanın bədən istiliyi 37°C ətrafındadır. Bu istilikdə hüceyrələr enerji yaratmaq üçün davamlı oksigen dəstəyinə ehtiyac duyur. Ürək dayandığında isə qan dövranı dayanır və hüceyrələrə oksigen daşınmır. Oksigen çatışmazlığı ilə beyin ancaq 5 dəqiqə yaşaya bilir. Sonra geri dönülməz beyin travması yaranır. Bütün bunlara baxmayaraq aşağı istilikdə beyin yavaşlayır, dayanma nöqtəsinə gəlir. Sonra hüceyrələrimizdəki kimyəvi reaksiyalar az qala dayanır. Buna görə oksigen ehtiyacı çox az olur. Tişerman bu sınaqda 10 adama keçici canlandırma (EPR) verərək müalicənin etibarlı olduğunu göstərir.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar