Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Baş ağrısına səbəb olan 10 QİDA – Bu triqqerlərdən uzaq olun

Tarix: 03-12-2019 22:59     Baxış: 5289 A- / A+
Baş ağrısına səbəb olan 10 QİDA – Bu triqqerlərdən uzaq olun


Baş ağrısı stress, yorğunluq, xəstəliklər, hava, aclıq səbəbindən yarana bilər. Eləcə də qidalar, yemək də baş ağrısı triqqeri, yəni tətikləyici səbəblər siyahısına daxildir.

Tədqiqat fondunun miqren, baş ağrısında qida triqqerlərinin rolu barəsində araşdırmasında bildirilir ki, dünya əhalisinin 10%-i qida triqerlərinə qarşı həssasdır. Lakin miqrenə konkret olaraq hansı qidanın səbəb olmasını tapmaq çox çətindir. Hər insana müxtəlif qidalar təsir edir.

Manevr.az medicina.az-a istinadən miqren və baş ağrısı yaratması daha çox güman edilən qidaları təqdim edir:

1. Kofein tərkibli içkilər - çay, kofe, kapucino, kola

Mütəmadi miqren və baş ağrıları olan insanların tədricən kofein tərkibli içkiləri azaltması göstərdi ki, 92% hallarda baş ağrısı itib. Əgər uşaqlarda baş ağrıları çox olursa, deməli onlar kofein çox qəbul edir.

2. Bəzi pendir növləri - feta, mosarella, parmezan, bri, mavi pendir, kifli pendir və s. Pendirdə olan tiramin baş ağrısı yaradır.

3. Alkoqol - qırmızı şərab, pivə, şampan, viski, çaxır 25% insanda miqren yaradır

4. Şokolad - onda olan beta-feniletmilamin beyin qan damarlarını genişləndirir

5. Qidalara qatılan süni şəkərləndiricilər - Tərkibində aspartam olduğu üçün baş ağrısı verir

6. Tərkibində qlutamat natrium olan qidalar- konservlər, souslar, dondurulmuş qidalar 15% hallarda miqren tutması yaradır

7. Texniki işlənmiş ət - ət delikatesləri, sosis, kolbasa, hisə verilmiş ət, vetçinada olan oksid azod qana düşdükdə, baş qan damarları genişlənir, miqren başlayır

8. Duzlu, şoraba, marinad - zeytun, kələm, xiyar, göbələk.

9. Dondurulmuş qidalar - süd, smuzi, kokteyl, dondurma

10. Duzlu qidalar - müxtəlif krekerlər, peçenyelər və s. təzyiqi artırır, konservantlar kəskin baş ağrısı yaradır

Ona görə mütəxəssislər, baş ağrıları və miqreni olanlara birinci növbədə bu qidaları rasiondan çıxarmağı tövsiyyə edir. Bir qidanı menyudan çıxarın və 2 ay müşahidə edin. Əgər baş ağrıları varsa, miqren tutursa, deməli, o qida triqqer deyil. Digərlərini sınayın.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar