Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Yaponlar yeməyi nə üçün taxta çubuqlarla yeyirlər? - Heyrətamiz sirr TAPILDI

Tarix: 03-12-2019 08:12     Baxış: 3438 A- / A+
Yaponlar yeməyi nə üçün taxta çubuqlarla yeyirlər? - Heyrətamiz sirr TAPILDI

İlk çubuqlar təxminən 3000 il əvvəl yaranıb, onları çinlilər fikirləşib. Taxta çubuqlar bambuqdan hazırlanırdı və kəlbətinə oxşayırdı. Əvvəlcə onlar yemək hazırlanmasında rahatlıq üçün nəzərdə tutulmuşdu. Taxta kəlbətinlərlə yeməyi çevirmək çox rahat idi. Onların köməyi ilə isti yeməkləri çevirən aşpazın əllərini yandırmaq ehtimalı da azalırdı. Çubuqların uzunluğu 38 sm idi, qida qəbulu üçün onlan 25 sm qədər kiçildi. Tezliklə bu ənənəni digər xalqlar, o cümlədən yaponlar da mənimsədi. Yaponiyada onlar "xasi" adını alıb.

Manevr.az xəbər verir ki, təkcə yaponlar və çinlilər deyil, həm də koreyalılar və vyetnamlılar da yeməyi çəngəl-qaşıqla yemir.

Quru yeməkləri taxta çubuqla yemək asandır. Tikəni iki taxtanın arasına qoyursan və udursan. Bəs yapn xalqı duru yeməkləri necə yeyir? Bəlkə yaponlar ümumiyyətlə, sup xörəkləri yemir? Yeyirlər, ancaq özünəməxsus şəkildə. Birinci quru yeməklər verilir, onlar quru tikələri supa batırıb çeynəyirlər, daha sonra isə bulyonu içirlər.

Yaponlar deyirlər ki, qaşıq və çəngəllərlə bundan sonra da istifadə etmək niyyətində deyillər. Çünki onlar ağzına dəmir əşyalar salmaq istəmir. Çubuq taxta isə daha təbiidir. Yeri gəlmişkən, bizim ulu babalarımız da taxta qaşıqlardan istifadə ediblər.

Ənənəyə görə, xasi ağacdan düzəldilir, material kimi bambuk, sərv, ağcaqayın, gavalı istifadə edilir. Xasi dəyirmi və ya kvadrat kəsimli ola bilər. Onları bəzən lak və sədəflə bəzəyirlər. Gözəl hədiyyə kimi bəzədilmiş xasi təqdim etmək ayıb deyil. Yeni evlənənlər belə hədiyyəni minnətdarlıqla qəbul edirlər, axı bu, onlarda ayrılmazlıq və birlik rəmzidir. Ənənəyə əsasən, çubuq şəxsi predmeti sayılır, onu istifadə üçün başqa bir insana vermək qəbul edilməyib. Bu məqsədlər üçün bircə dəfə istifadə edilən xasilər var. Xasilər xüsusi altlıqlarda saxlanılır.

Şərqlilər inkişafa yüksək meyili ilə həmişə fərqlənib, onlar başa düşürdülər ki, əllərin taxta çubuqlarla hərəkəti 40 həyati vacib nöqtələri stimullaşdırır. Kiçik barmaq insanın əqli inkişafına müsbət təsir göstərir. Yaponlarda uşaqlar bir yaşına çatan kimi ona çubuqlardan düzgün istifadə sənətini öyrətməyə başlayırlar. Bu sənəti erkən yaşda öyrənən uşaqlar qidanı qaşıqla qəbul edən öz yaşıdlarından sürətlə inkişaf edir.

Yaponlar təkcə bir il ərzində 30 milyarddan çox çubuq istehsal edir. Çində və Rusiyada da xasini ağacdan alırlar.

Yaponlar hesab edir ki, çubuqlar xüsusilə güclü iştahı olan insanlara lazımdır. Çünki qaşıqla yemək daha rahatdır, taxta çubuqla biri tikəni tutmağa çalışana qədər ağızda olan yeməyi daha çox və diqqətlə çeynəməyi çatdırmaq mümkün olacaq. Yəni, ağızda olan qida iri-iri udulmayacaq. Yeməyə başlayandan 15-20 dəqiqə sonra toxluq hissi gəlir və orqanizm artıq qida tələb etmir. Bundan başqa, mədə çox çeynənmiş qidanı daha yaxşı həzm edir.publika.az


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar