Xəbər lenti
İntim həyatın olmaması yaddaşı zəiflədir və...
Fiziki yaxınlıq haqqında düşünəndə bunu həzz hissi ilə əlaqələndiririk. Ancaq reallıqda o, təkcə cismani istəkləri təmin etmir. Araşdırmalar göstərir ki, normal intim həyat Alzheymer də daxil olmaqla bir çox xəstəliyin müalicəsində effektli rol oynayır.
İntim həyat əbədi gəncliyin müəyyən mənada iksiri ola bilər.
Manevr.az xəbər verir ki, bu, toksinlərin aradan qaldırılması hesabına baş verir. Bundan əlavə, daha xoşbəxt olursunuz. Həm də yaddaş zəifliyinin qarşısı alınır.
Elm təsdiqləyir ki, cinsi həyatın olmaması yaddaş problemlərini gücləndirir. İngiltərəli mütəxəssis Mark Allen fiziki yaxınlıq və ya emosional bağlılığın beynin yaddaş ilə sıx əlaqəli sahələrini stimullaşdıra biləcəyi qənaətindədir.
Ekspertin sözlərinə görə, araşdırmada iştirakçılara cinsi həyat haqqında suallar verilib. Bu amillərin bir-birlərindən necə asılı olduğunu tapmaq üçün növbəti mərhələdə yaddaş testi keçirilib. Tədqiqat zamanı cinsi həyatı daha çox aktiv iştirakçıların güclü yaddaşa sahib olduğu üzə çıxıb.
Alimlər onu da iddia edir ki, hətta həyat yoldaşlarına emosional bağlılığı olanlar ən xırda məsələləri asanlıqla yadda saxlaya bilir.
Qeyd edək ki, bir neçə il əvvəl Mançester Universiteti bu iddiaları təsdiqləyib. Alimlər sübut edib ki, sıx intim həyatı olan yaşlı insanlarda belə koqnitiv qabiliyyətlər yüksək olur.
Digər araşdırmalarda isə sübut olunub ki, seks səhhətdə böyük rol oynayır. Məsələn, qripin qarşısını alır, dəri vəziyyətini yaxşılaşdırır, stressi azaldır, kalori yandırır və yaxşı əhval-ruhiyyə yaradır.publika.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar