Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

İcbari tibbi sığortanın tətbiqi – VAXTI DƏYİŞİR – RƏSMİ AÇIQLANDI

Tarix: 25-11-2019 08:15     Baxış: 3297 A- / A+
İcbari tibbi sığortanın tətbiqi – VAXTI DƏYİŞİR – RƏSMİ AÇIQLANDI

Azərbaycan əhalisinin səbirsizliklə gözlədiyi icari tibbi sığortanın ölkədə tətbiqi ilə bağlı əvvəlcədən açıqlanan qrafik və sığorta ilə bağlı bəzi qaydalar dəyişib.


Manevr.az
xəbər verir ki, bu barədə İcbari Tibbi Sığorta Agentliyinin İdarə heyətinin sədri Zaur Əliyev bildirib.

Əsas yenilik odur ki, ölkədə icbari tibbi sığortanın tətbiqi birdən-birə bütün ölkə üzrə deyil, mərhələ-mərhələ başlanacaq. Bu məqsədlə ölkə ərazisi şərti olaraq 4 hissəyə bölünəcək. Yanvarın 1-dən tətbiq ediləcək icbari tibbi sığorta əvvəlcə ölkənin şimal bölgəsinin 20 rayonundan başlayacaq və hər 3 aydan bir digər rayonlar da qoşulacaq.

"İcğari tibbi sığortanın yanvarın 1-dən etibarən Azərbaycanın şimal bölgəsində başlanmasını təklif edirik. Şimal bölgəsinə 20 rayon daxildir. Bundan 3 ay sonra, yəni aprelin 1-dən etibarən bu prosesə ölkənin qərb bölgəsindəki rayonlar qoşulacaq, söhbət daha 17 rayondan gedir. 3-cü rübdən etibarən bu prosesə cənub bölgəsindəki 14 rayon qoşulacaq. 4-cü rübdən isə bu prosesə Bakı və Sumqayıt rayonları da qoşulacaq. Nəticədə 2020-ci ilin sonunadək bütün ölkə əhalisi tibbi sığortadan yararlana biləcək"

Bundan başqa, vətəndaş axınını tənzimləmək və sui-istifadə hallarının qarşısını almaq üçün müştərək maliyyələşmə mexanizmi tətbiq ediləcək. Belə ki, ölkə üzrə rayonlar qruplaşdırılaraq tibbi ərazi bölmələrinə ayrılacaq. Hər bir qrupa 6-ya yaxın rayon daxil olacaq və vətəndaşın bu əraziyə daxil oan istənilən rayonda istədiyi həkimi seçmək hüququ olacaq. Qeyd edək ki, indiyədək müzakirə olunan variantda vətəndaşın bütün ölkə üzrə istədiyi xəstəxana və həkimi seçmək hüququnun olacağı bildirilirdi.

İcbari tibbi sığortanın tətbiqi, ümumiyyətlə «Tibbi Sığorta haqqında» qanuna ediləcək əlavə və dəyişikliklər həftənin sonunda, istirahət günü olsa da, şənbə günü, noyabrın 23-də Milli Məclisin Səhiyyə və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında müzakirə edilib. İclasda deyilib ki, qanuna 126 əlavə və dəyişikliak ediləcək və bu yeniliklər o qədər əhəmiyyətlidir ki, 1999-cu ildə qəbul edilmiş qanun tamamilə dəyişəcək.

İcbari sığortanın niyə əvvəl elan edildiyi kimi, yanvarın 1-dən etibarən bütün ölkə ərazisində deyil, mərhələ-mərhələ tətbiqinin səbəbi hələ açıqlanmasa da, millət vəkillərinin çıxışından məlum olur ki, əsas məsələlərdən biri kadr – həkimlərin işə cəlbidir.

Bundan başqa, Azərbaycanda yeni tibb müəssisələrinin inşa edilməsi üçün Dünya Bankı ilə danışıqlar aparılır. «Tibbi sığorta haqqında» qanuna dəyişiklik edilməsi üçün qanun layihəsi plenar iclasa tövsiyə edilib.FED.az


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar