Xəbər lenti
Zəhərlənmə zamanı ağrıkəsicidən istifadə etmək doğrudur? - HƏKİM DANIŞIR
Son zamanlar paytaxtda və bölgələrdə qida zəhərlənmələrinin sayı artıb. Hətta bu zəhərlənmələrdən biri ötən günlərdə Bakı Dövlət Universitetinin 2 nömrəli yataqxanasında baş verib.
Noyabrın 21-də Bakı Dövlət Universitetinin 4-cü kurs tələbələri 1999-cu il təvəllüdlü Xasmətova Şəkər Faiq qızı, 1998-ci il təvəllüdlü Quliyeva Dilrubə Qismət qızı və İbadova Həmidə Bünyamin qızı yedikləri qidadan zəhərləniblər. Məlumata görə, tələbələr üçün yataqxanaya tibbi yardım maşını çağırılıb. Onlara ilkin tibbi yardım kimi ağrıkəsici tərkibli (Dimedrol, analgin) iynəsi vurulub. Gecəni yataqxanada keçirən tələbələrdən 1999-cu il təvəllüdlü Xasmətova Şəkər Faiq qızı vəfat edib, 1998-ci il təvəllüdlü Quliyeva Dilrubə Qismət qızı və İbadova Həmidə Bünyamin qızı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Maraqlıdır, qida zəhərlənməsini necə müəyyən etmək olar? Zəhərlənmə zamanı ilkin tibbi yardım olaraq nə etmək lazımdır? Zəhərlənən şəxsə ağrıkəsici istifadə etmək doğrudurmu?
Manevr.az xəbər verir ki, mövzu ilə bağlı lent.az -ın suallarını cavablayan terapevt Ramil Həsənli bildirib ki, bir qidadan 3-4 nəfər yeyibsə və həmin şəxslərdən ikisində eyni şikayətlər müşahidə edilərsə, bu, zəhərlənmənin ilkin əlaməti ola bilər:
“Eyni zamanda zəhərlənmə ümumi zəiflik, halsızlıq, ürək bulanma, qusma, ishal və bədən hərarətinin qalxması ilə də müşahidə edilir. Zəhərlənmədən şübhələndikdə həkimə müraciət edənə qədər qusmaq və çoxlu maye qəbul etmək lazımdır. Daha sonra xəstə dərhal xəstəxanaya çatdırılmalı və mədəsi yuyulmalıdır. Zəhərlənən xəstəyə sistemlər köçürülməlidir ki, qandakı toksik maddələr yuyulsun".
Həkimin sözlərinə görə, zəhərlənən insana ağrıkəsici iynə vurmaq düzgün deyil:
“Zəhərlənən şəxsə ağrıkəsici istifadə etmək olmaz. Ola bilər ki, ilkin tibbi yardım həkimləri xəstənin hansı səbəbdən hərarətinin yüksəldiyini bilmədən ağrıkəsici vursun. Dimedrol, analgin bəzi virusların iltihabı zamanı şok əleyhinə vurulur. Ancaq zəhərlənmə səbəbindən sözügedən dərmanlardan istifadə etmək olmaz”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar