Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Bizim klinikalarda boşuna təyin olunan analizlər – QARA SİYAHI

Tarix: 14-11-2019 08:20     Baxış: 3269 A- / A+
Bizim klinikalarda boşuna təyin olunan analizlər – QARA SİYAHI

Tibbi təcrübədə boşuna verilən, təyin olunan, vaxt və pul itkisi hesab edilən analizlərin qara siyahısı hazırlanıb.
Onları vermək və nəticələri xəstənin müalicəsinə elə də qiymətli məlumat vermir.

Manevr.az medicina.az-a istinadən bizim klinikalarda da az qala hər xəstəyə təyin olunan analizlərin qara siyahısını təqdim edir:

1.Disbakterioz təyini üçün əkmə analizi

Disbakterioz adlı xəstəlik Dünya Səhiyyə Təşkilatının siyahısında olmadığı kimi belə analiz də mövcud deyil.
Qarın işləməsi, pozulması, ishal, qıcqırma zamanı bağırsaq mikroflorasında zərərli və faydalı bakteriyaların miqdarını yoxlamaq üçün nəcis əkməsi verilir. Daha çox uşaqlarda bu analiz təyin olunur.

Analiz heç bir dəqiq informasiya vermir, çünki bağırsaqda 2000-dən çox bakteriya növü yaşayır, analiz materialına isə cəmi 150-200 növü düşə bilər.
Laboratoriya isə cəmi 20 növ bakteriyanı təyin edə bilir. Ona görə, bu analiz absurd və mənasızdır, bağırsaqların xəstəliyini göstərmir, müalicəyə əsas vermir.

2.Qanda vitamin D təyini analizi

Bu gün hər kəsi bu analizə göndərirlər. Qiyməti də ucuz deyil. İnsafən Azərbaycan günəşdən kasad ölkə olmasa da, əhalisi D vitamini defisiti yaşayır.
Bu analizi həqiqətən əlamətlər və zahiri simptomlarla D vitamini əskikliyinə şübhə olanda verirlər.

Əgər insan normal qidalanırsa, küçədə, açıq havada çox olursa, yayda günəş şüası alırsa, D vitamini normaya yaxın olmalıdır.
Amma qış aylarında hər bir kəs D vitamini və Bad qəbul etməlidir.

Risk qrupuna daxil insanlar:

-Bütün günü qapalı şəraitdə işləyənlər
-Evdən, ofisdən çölə az çıxanlar
-Yaşlılar, hamilələr
-İmmun xəstəliyi olanlar
-Qanda fosfor və kalsiumu az çıxanlar
-Yeni doğulmuşdan 3 yaşa qədər körpələr
-Osteoporozu olanlar

3.İmmunoqramma

Bu analizlə immun sistemin aktivliyini göstərən antitel və digər maddələrin sayı yoxlanılır. Bu tez-tez xəstələnən və zəif insanlara təyin edilir. Əslində isə bu analiz effektsizdir, həkimə dəqiq məlumat vermir, çünki immun sistemi yoxlamağa heç bir analizin gücü yetməz.

Əgər siz ciddi immun çatışmazlığı xəstəliyindən əziyyət çəkmirsizsə, normal insanlar kimi yaşayırsızsa, deməli, sizin immunitetiniz işləyir, onu bahalı analizlə yoxlamağa gərək yoxdur.

Hətta analizdə normadan yayınmalar görünsə də, siz onu düzəltmək üçün heç nə edə bilməyəcəksiz.
Nə bahalı immun dərmanları, siroplar, nə xalq təbabəti immun sistemi möhkəmlətmir.

İmmunoqramma analizi çox ağır xəstələrə, birincili və ikincili immundefisitdə, QİÇS kimi xəstəliklərdə təyin oluna bilər

4.Mikoplazma və ureaplazma əkməsi

Sidiklə verilən bu bakterioloji analiz sistit, uretrit, vaginit, sidik və böyrək xəstəlikləri ilə gələn hər xəstəyə, eləcə də hamilələrə çox təyin olunur.
Amma alimlər bu mikrobları təyin etmək üçün analizə ehtiyac olmadığını bildirir.

Mikoplazma və ureaplazma hər insanın sidik sistemində yaşayır, ona görə analiz onları 100% göstərəcək.
Avropa həkimləri hətta bu bakteriyalar tapılsa belə, müalicə üçün antibiotiklərə başlamır. Bu dərmanların da faydası sübut olunmayıb.

5.Mədədə helikobakterinin seroloji analizi


Helicobacter Pylori – mədə yara, xora, qastritinin birinci səbəbkarıdır.

Seroloji analiz bu infeksiya ilə mübarizə aparan antiteli aşkarlayır. İndi bu analiz effektsizdir. Lakin xəstəxanalar hələ də onu təklif edir.
Avropa və Amerika helikobakterini nəfəs testi və ya nəcis analizi ilə təyin edir.

6.PSA analizi


Bu analiz prostat vəzi xərçəngini təyin etməkdə 40 yaşından yuxarı hər kişiyə təyin olunur.
Lakin çoxsaylı araşdırmalar göstərib ki, PSA yüksək çıxması heç də xəstədə artıq xərçəng olacağını göstərmir.

Yüksək PSA çıxdıqda, xəstəyə əlavə müayinələr təyin olunur, dərmanlar yazılır, xəstə stres keçirir.

Halbuki bu analizlə yanlış müalicə edilən xəstələr olub. Bu test 55 yaşdan sonra kişilərə həkim təyinatı ilə edilə bilər. O yaşa qədər mənasızdır və tam informativ deyil.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar