Xəbər lenti
Qadının ən gizli orqanının sirri açıldı – Əslində bunun üçünmüş
ABŞ universitetinin alimləri qadın bədənin ən gizli və sirli nahiyəsi olan klitorun hansı funksiya daşıması barədə araşdırma aparıb, onun təkcə cinsi akt və həzz üçün yaradılmadığını sübut ediblər.
Manevr.az medicina.az-a istinadən bildirir ki, alimlər klitorun yumurtahüceyrənin yetişməsi və mayalanmasında da rol oynadığını araşdırıb.
Alimlər 1997-2017-ci illərdə aparılmış 15 tədqiqatın nəticələrini bir daha analiz edərək, klitorun bir orqan kimi fəaliyyətini incələyiblər.
Bu çox kiçik xarici orqan əzələ, sinir və qan damarları ilə zəngindir. Cinsi istək zamanı qanla dolaraq ölçüsünü dəyişir.
Bu orqanın qadını intim əlaqəyə hazırlaması barədə yekdil fikir yanlışdır.
Çünki qadına təkcə ehtiras yox, nəsil artırmaq missiyası düşür. Klitorun stimulyasiyası uşaqlıq və yumurtalıqlarda bir sıra dəyişikliklər yaradır, hansı ki, mayalanma və hamiləlik üçün vacibdir.
Bu zaman uşaqlıq yolu qan və xüsusi maye ilə təmin olunur ki, spermalar yaxşı irəliləyə bilsin. Eləcə də qadın orqanlarının temperaturu artır.
Digər vacib məqam, klitor stimulyasiyası zamanı uşaqlıq boynunda uzanma və yuxarı doğru qalxma prosesi olur ki, bu zaman orda daha çox sperma yığılır. Spermatozoidlərin burda keçirdiyi vaxt ərzində onlar aktivləşir.
Ona görə də bu xarici orqan döllənmə üçün yaradılıb və lazımsız bir hissə deyil - deyə alimlər bildirir.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar