Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Embrionun xəstəliklərə meylini müəyyənləşdirən test hazırlandı

Tarix: 11-11-2019 08:12     Baxış: 3265 A- / A+
Embrionun xəstəliklərə meylini müəyyənləşdirən test hazırlandı

Amerika startapı “Genomic Prediction” embrionun genetik meylinin və zehni qabiliyyətlərinin müəyyən edilməsi üçün “Lifevie” testini hazırlayb.

Şirkət tərəfindən yayılan məlumata əsasən, test süni mayalanma planlaşdıran cütlərə təklif edilir.

“Genomic Prediction” bildirir ki, DNT vasitəsilə embrionun 11 xəstəliyə meylini və uşağın intellektinin aşağı səviyyədə olduğunu müəyyən edə bilər. Test embrionun ana bətninə implantasiyasından əvvəl həyata keçirilir.

Tədqiqat süni mayalanmadan öncə embriondan götürülən bir neçə hüceyrə üzərində aparılır. “Genomic Prediction”embrionun DNT-ni yüz minlərlə genetik mövqedə ölçür. Bundan sonra, mütəxəssislər uşağın həyatının sonrakı mərhələlərində xəstəliyin ehtimalını müəyyən edə biləcək statistika hazırlayırlar.

Startap embrionlar üçün “qiymətləndirmə cədvəli” tərtib edir, bunun da köməyi ilə gələcək valideynlər uşağı seçə bilərlər. Nəticələr diabet, infarkt və beş növ xərçəngə meyli göstərir.
Embrionun xəstəliklərə meylini müəyyənləşdirən test hazırlandı

Hələ ki, bu testlərin əsas nəticəsi sağlamlığın proqnozlaşdırılmasıdır. Uşağın gələcək əqli qabiliyyətlərinə gəldikdə isə, şirkət xəbərdarlıq edir ki, yalnız zehni zəifliyi proqnozlaşdıra və IQ-nun 70 baldan aşağı olduğunu müəyyən bilər.

Lakin startap heç bir zəmanət də vermir. Hüquqi məsuliyyətdən imtinada bildirilir ki, test “diaqnostik deyil”.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar