Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Sümükləri gündən-günə zəiflədən dörd VƏRDİŞ

Tarix: 06-11-2019 13:17     Baxış: 3278 A- / A+
Sümükləri gündən-günə zəiflədən dörd VƏRDİŞ


Türkiyəli travmatoloq-ortoped İbrahim Rızvanoğlu sümük sağlamlığı haqqında vacib məlumatları açıqlayıb.

Manevr.az xəbər verir ki, mütəxəssis uşaqlıqda qəbul edilən qidaların sümüyün möhkəmliyində əhəmiyyətli rolu olduğunu vurğulayıb.

Xüsusilə kalsium, D və K vitamini, fosfor və maqneziumla zəngin qidalar sümük inkişafı və sağlamlığı qorumaq üçün vacibdir. Süd və süd məhsullarından başqa (qatıq, pendir, kefir və s.) balıq, qaraciyər, ispanaq, qırmızı bibər, brokoli, pomidor, banan, portağal çox faydalıdır.

Kefir, qatıq, pendir və süd sümük inkişafı üçün zəruri olan qidalandırıcı mənbələr arasındadır və 35 yaşa qədər ehtiyat rolunu oynaya bilər. Başqa sözlə, 35 yaşına qədər bu qidalar gələcəkdə yarana biləcək sümük əriməsinin qarşısını ala bilər, bu yaşdan sonra qəbul edilən qidalar kalsium ehtiyatını artırmasa da stabilliyə təsir edir.


Araşdırmalara görə, duzdan çox istifadə edən insanlarda sümüklərin sınma ehtimalı 4 qat daha yüksəkdir. Odur ki, duzun miqdarı nəzərə alınmalıdır.

Bundan əlavə, qazlı içkilər sümüklərin tükənməsinə səbəb ola bilər. Həm də çox proteinli qidalara üstünlük vermək sümüklərə zərər verə bilər.

Qəhvə faydalı olsa da, gündə 2 fincandan artıq qəbul orqanizm üçün zərərlidir. Çünki qəhvə orqanizmdən kalsiumun sidik yolu ilə xaric olunmasını sürətləndirir. Dolayısı ilə sümüklərdə olan minerallar yavaş-yavaş azalmağa başlayır.

Siqaret də sümüklər üçün zərərlidir. O, sümüyün qidalanmasını təmin edən damarların yaranmasına mane olur, həmçinin mövcud damarların tıxanmasına yol açır./publika.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar