Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Böyrək daşlarını əridən qidalar

Tarix: 16-12-2016 16:35     Baxış: 4600 A- / A+
Böyrək daşlarını əridən qidalar


Gecələri tez-tez sidiyə getmək, ürək bulanma, qusma və sidiyin qanlı olması kimi hallar böyrək daşının əlamətləri ola bilər.
İsti havalarda bədəndəki suyun tərləmə yolu ilə daha çox çölə atılması sidiyi azaldır və böyrəkdə daşın yaranmasına səbəb olur. Həmçinin duzlu qidalardan, çiy tərəvəzlərdən, zülaldan çox istifadə, gün ərzində çay və qəhvə istehlakını artırmaq da böyrəklərdə böyrək daşı riskini artır. Suyun az miqdarda içilməsi də böyrəkdə daşın yaranmasına səbəb ola bilər. Bir sıra mütəxəssislərin fikrincə, böyrək daşı riskini azalda bilmək üçün günün böyük bir qismini qapalı məkanlarda keçirən şəxslərin gündə 2 litr, günəşli mühitlərdə olanların isə 3 və ya 4 litrdən çox su içməsi lazımdır.
Böyrək daşının da növləri fərqlidir, onların bəzilərinin əridilməsi çox çətin olur. Əridilməsi çətin olan kalsium oksalatın salınması üçün limonun çox təsirli olduğu deyilir. Həmin xəstələrə səhər və axşam limon istifadə etmək məsləhət görülür. Bu daşın hissələrə bölünərək bədəndən çıxmasına kömək edir. Bundan əlavə bu cür problemlərin həlli üçün cəfəri suyu, avokado yarpağı, çobanyastığı suyu, ardınc dənələri, limonad şirəsi, limon suyu, üzüm bitkisi və s. xalq təbabəti nemətlərindən yararlanmaq olar. Sitrus meyvələrindən limon və portağaldan istifadə böyrək daşı probleminin asanlıqla həll etməyə kömək edir. Limon suyu kimi sitrik turşu baxımından zəngin olan içkilər böyrək qumu ya da böyrək daşının meydana gəlməsinə önləyici təsir edirlər.
Limon suyu bəzi dərmanların sorulması prosesini sürətləndirdiyi üçün dərmanlarla eyni anda içilməməlidir. Dərman içildikdən 2 saat əvvəl ya da sonra içilməsi məsləhətdir.
Mütəxəssislər böyrək xəstəliklərindən əziyyət çəkənlərə havaya uyğun paltar geyinməyi, təbii parçalardan hazırlanmış geyimlərə üstünlük verməyi məsləhət görürlər. İdmanda travmalardan yayınmaq üçün imtina etmək doğru olardı. Rasiondan bədənə istilik gətirən ədviyyatları, qızardılmış və ətdən hazırlanan xörəkləri, turşunu çıxartmaq yaxşı olardı. Sidikqovucu effekti olan bioloji aktiv əlavələrdən arıqlamaq üçün qəbul etməmək, maye qəbulunun isə rejimə uyğun olmasına diqqət edilməlidir.
Böyrək sağlamlığının qeydinə qalan qidalar:
Yaşıl rəngli tərəvəzlər: Yaşıl tərəvəzlər A vitamini ilə zəngindir ki, bu da böyrək daşlarına qarşı faydalıdır.
Cəfəri: Gündəlik qidalanmada tez-tez istifadə etdiyimiz cəfəri böyrəklər üçün olduqca faydalıdır. Böyrəklərin işləməsini və toksinlərin atılmasını sürətləndirir. Eyni zamanda, böyrək daşlarının yaranmasını və böyrəklərdə şiş əmələ gəlməsinin qarşısını alır.
Balıq: Doymamış yağ turşuları, zülal və vitamin mənbəyi olan balıq bütün orqanizm üçün, o cümlədən, böyrəklərin fəaliyyətini yaxşı tənzimləyir.
Qarpız: Qarpız böyrəklərdəki duzu təmizləyir.
Alma: Gündə 3 alma yemək böyrəklər üçün çox faydalıdır. Böyrəkləri zərərli maddələrdən təmizləyir.
Balqabaq: Balqabaq bir çox pəhriz proqramında yer alan, böyrəklərin fəaliyyətini yaxşılaşdıran tərəvəzlər siyahısına daxildir.
İtburnu: Bədənin - böyrəklərin xəstəliklərdə mübarizə mexanizmini gücləndirir.Publika.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar