Xəbər lenti
İldə 1 milyon adamı öldürən dərmanlardan Azərbaycan nə vaxt əl çəkəcək
Antibiotikləri sakit sunami adlandırırlar. Bunun səbəbi isə antibiotiklərin hər il 750 mindən artıq insanın ölümünə səbəb olmasıdır. Məlumatlara görə, hər il 214 mindən artıq yeni doğulmuş körpə bu səbəbdən dünyasını dəyişir.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bu cür preaparatlardan istifadənin və ölüm sayının azaldılması üçün Antibiotiklə bağlı Məlumatlandırma Həftəsi keçirir. Antibiotiklə bağlı Məlumatlandırma Həftəsinə bu ilin 18-24 noyabr tarixlərində start veriləcək və ÜST bununla bağlı öz tövsiyələrini açıqlayacaq.
Azərbaycanda da müalicə prosesindən antibiotiklərdən geniş istifadə edilir. Cəmiyyətimiz hələ də antibiotiklərin insan həyatını xilas etməklə yanaşı, ona qəsd etmək kimi xüsusiyyətə malik olmasından xəbərsizdir.
Tibb məsələləri üzrə ekspert Adil Qeybulla Sputnik Azərbaycan-a açıqlamasında ölkəmizdə antibiotiklərdən istifadə ilə bağlı vəziyyəti qiymətləndirib. Qeyd edib ki, antibiotiklər olmasaydı, bəlkə də yer kürəsinin əhalisinin sayı bu qədər olmazdı. Sadəcə, antibiotiklərdən düzgün istifadə vacibdir.
"Postsovet ölkələrdə bu cür preparatlardan yeri gəldi-gəlmədi istifadə edilir. Xarici ölkələrdə antibiotikdən istifadə xəstəliyi törədən mikrobların növünə uyğun olaraq seçilir. Azərbaycanda isə antibiotiklərdən sui-istifadə olunur. Düşünürəm ki, biz Qərb təbabətinin təcrübəsindən çıxış etməli, antibiotiklərdən gərəksiz yerə istifadədən imtina etməliyik. Bununla yanaşı, ümumiyyətlə həkim təyinatı olmadan, dərman satışı qadağa olunmalıdır. Misal üçün, İngiltərədə resept olmadan kimsə aptekdən dərman ala bilməz", - deyə həkim bildirib.
Adil Qeybullanın fikrincə, bu sahədə nəzarəti gücləndirmək üçün səhiyyədə islahatların keçirilməsinə ehtiyac var: "Dərman vasitələrinin dövlət reyestri yaradılmalıdır. Bu dərmanların mənbəyi haqda məlumatlar açıq olmalıdır. Buna görə də, görüləcək işlər çoxdur. Bütün bu işlər görüldükdən sonra, yəqin ki, indiki səhiyyə sistemi tamamilə sıradan çıxacaq".
Həkimin sözlərinə görə, Azərbaycanda dərman bazarında bir xaos hökm sürür. Bazar keyfiyyətsiz dərmanlarla doludur. Azərbaycanda əhali bundan əziyyət çəkir.
İlk dəfə 1928-ci ildə kəşf olunan antibiotik preparatlar əvvəl insanların həyatını xilas edən bir vasitə kimi görünürdü. Lakin zaman keçdikcə, onların mənfi fəsadları da ortaya çıxdı.
ÜST antibiotiklərdən asılılığı azaltmaq üçün ilk olaraq gigiyenik qaydalara əməl olunmasını tövsiyə edir. Bununla yanaşı, cinsi münasibət zamanı lazım gəldikdə qoruyucudan istifadə edilməsinin və bu vaxt təmizliyə riayət edilməsinin vacibliyi qeyd olunur. Antibiotikdən asılılığı azaltmaq üçün ondan lazımsız yerə istifadə etməkdən, həkim göstərişi olmadan onları qəbul etməkdən yayınmağın əhəmiyyəti qeyd olunur.
Artıq bir sıra ölkələrdə antibiotiklərlə mübarizə tibbin başlıca istiqamətlərindən biri kimi götürülür.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar