Xəbər lenti
Alimlər kartof əzməsinin faydalarını aşkarlayıblar
Kartof əzməsinin bilinməyən faydalı tərəfləri aşkarlanıb.
ABŞ-ın İllinois ştatının Universitetinin alimləri belə nəticəyə gəliblər ki, uzunmüddətli məşqlər zamanı kartof əzməsini yemək idmançılara qanda qlükozanın səviyyəsini saxlamaq üçün istifadə edilən karbohidrat tərkibli gellə eyni effekti verir.
Alimlərin gəldiyi nəticələr “Journal of Applied Physiology” nəşrində yer alıb.
Araşdırmalarda velo-idmanla məşğul olan 12 şəxs iştirak edib. Orta hesabla onların hər biri həftə ərzində velosipedlə 267 kilometr yol qət edib. İdmançılar 3 qrupa bölünüb. Birinci hissəsinə məşqlər zamanı yalnız su, ikinci qrupa gel, üçüncülərə isə kartof əzməsi verilib.
Alimlər qərara gəliblər ki, kartof əzməsi və gel qəbul edən idmançıların göstəricilərində heç bir fərq olmayıb. Onlar yalnız sudan istifadə edən idmançılardan daha uğurlu nəticə göstəriblər.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar