Xəbər lenti
İnsultdan qorunmaq üçün 7 metod
İnsult beyin qan dövranı pozulması olub iflic və əlilliklə nəticələnir. İnsan insult olduqdan sonra yataqda düşünür ki, gərək əvvəldən bunun qarşısını alardım. Amma necə?
Manevr.az medicina.az-a istinadən xəbər verir ki, insultdan qorunmağın efektiv yollarını araşdırıb.
1.30 yaşından sonra təzyiqi nəzarətə al
Əgər yüksək təzyiq varsa, səbəbini araşdır, həkimini tap, dərmanını al. Bundan qorxma. Təzyiqini bilməməkdən qorx. Həftədə azı 3-5 dəfə müxtəlif vaxtlarda təzyiqini ölç.
Əgər sisin baba, nənə, ata-ananızda hipertoniya xəstəliyi olubsa, yəni təzyiq 160 və yuxarı qalxıbsa, yüksək təzyiqdən insult, infarkt, ölüm faktı olubsa, siz risk qrupundasız. Bu barədə həkiminizə deyin və mütləq vaxtında müalicə alın.
2.Özünüzü və yaşlı valideynlərinizi stresdən qoruyun
Adətən tərk edilmiş, uşaqları öz işi, ailəsi ilə məşğul olan ata-analar təklikdən depressiyaya düşür, daim gərgin olur, öləcəyini düşünür, vaxtında həkimə getmir, nəzarətsiz qalır. Stress, depressiya ürək-damar sistemini insulta yaxınlaşdıran səbəbdir.
Validyenlərinizin səhhəti ilə heç olmasa ildə 2 dəfə ciddi maraqlanın. Həkimə aparın, xəbərdar olun, dərmanlarını alın və çalışın onların həyatını stresdən uzaq, maraqlı edəsiz. Eləcə də özünüz hər boş səbəblərdən əsəbləşməyəsiz. Əgər nevroz, əsəb varsa, mütləq nevroloq və psixoloqla bunu cavan ikən həll edin.
3.Tromb yaranmasına imkan verməyin
Bunun qarşısını alan ən məşhur preparat aspirindir. 45 yaşından sonra qanı qatı olan, ürək-damar, təzyiq problemləri olanlara təyin olunur.
Siqaret çəkənlər, az hərəkət edənlər, qanda xolesterini yüksək olanlar, artıq çəkisi olanlar tromba yaxındır.
1-2 ildən bir müəyyən əsas damarlarda tromb olub olmamasını dopllerlə yoxlada bilərsiz. Tromba qarşı prosedur və digər dərmanlar da var ki, onları həkim təyin edir.
4.Qanda pis xolesterini azaldın
Qanda xolesterin analizi çox vacibdir. Yüksək dərəcədə (200 mq/dl çox olduqda) xolesterin insult riskini artırır. Onu salmaq üçün dərmanlar və xüsusi dieta var
5. Qəbul etdiyiniz dərmanlar
Şəkərli diabet, artrit, zob və s. yabaşı xəstəliklərdə müxtəlif dərmanlar qəbul edənlərdə əks təsir olaraq tromb, ürək-damar pozulmaları, insult ola bilir. Eləcə də çox ağrıkəsici qəbul edənlər. Mütləq ildə 1-2 dəfə müalicə həkimi ilə lazım olmayan dərmanları çıxarın, ürək-damar problemi varsa alternativ sxem seçin.
6.Artıq çəkini atın, dieta saxlayın
45 yaşdan sonra artıq çəki, piy sizə heç bir xeyir verməyəcək. Bu ürəyin yükünü artırır. Ona görə fiziki aktivliyi artırıb, tərəvəz, meyvə, göyərti, yağsız ət, qatıq, balıqdan ibarət sağlam dietaya keçin. Sutkalıq kalorini aşmayın. İçkini azaldın
7.İnsult birdən gəlmir, əvvəl siqnallar göndərir
Hər 3 insult xəstədən biri əvvəlcə işemik ataklar – mini insult keçirib. Ondan sonra kəskin insult olub.
İnsultun birinci əlamətləri bunlardır:
Üz, əl-ayaqda bir tərəfli uyuşma, zəiflik, hissiyatın itməsi, arada səyrimə və səntirləmə
Nitqdə dəyişiklik, yubanma, sözlərin aydın olmaması
Qəfil başgicəllənmələr, görmədə problem
Bu əlamətlər artıq beyni və ürəyi yoxlatmağın təcili olmasına işarədir.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar