Sizin Reklam Burada
Xəbər lenti
23-02-2025
22-02-2025
BÜTÜN XƏBƏRLƏR

İtalyanlar cavanlığın sirrini açdı: Buna diqqət edin

Tarix: 13-10-2019 21:23     Baxış: 3232 A- / A+
İtalyanlar cavanlığın sirrini açdı: Buna diqqət edin

İtalyan ekspertlərin fikrincə, insanın cavan qalmasında əsas rolu qida faktoru oynayır.

Manevr.az xəbər verir ki, bu barədə “Lekko Notizie” jurnalı yazıb.

Jurnalın bildirdiyinə görə, İtaliya uzunömürlülərin sayına görə dünyada lider ölkələrdən biridir. Bu ölkədə kişilər orta hesabla 81, qadınlar isə 85 il ömür sürür. Məlum olub ki, bu ölkənin əhalisi qidanın keyfiyyətinə həssaslıqla yanaşır. Onların qida rasionu zülal, A və C vitaminləri, fol turşusu və antioksidantlarla zəngindir.

Bundan başqa Apennin sakinləri spirtli içkilərdən az istifadə edir, siqaret çəkmir, şirin qazlı su içmir və əsasən yerli ərzaqlardan qida hazırlamağa üstünlük verirlər. Dietoloqlar vaxtından əvvəl qocalmaq istəməyənlərə hər gün ən azı 1,1 qram zülal qəbul etməyi məsləhət görürlər. Bu da əzələ kütləsini kifayət qədər qorumağa imkan verir.

Bundan əlavə, süd məhsulları, həmçinin fol turşusu ilə zəngin olan göyərti və kahı yemək tövsiyə olunur. Onların fikrincə, səhər yeməyi təxirə salınmamalıdır. Səhər qırmızı qreyfrutdan sıxılmış suyu içmək və bir ovuc qoz-fındıq yemək lazımdır.axar.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar