Xəbər lenti
Qadının mədəsindən çıxan həkimləri şoka saldı

Qarın ağrısı ilə həkimə müraciət edən qadının mədəsindən çıxanlar hər kəsi təəccübləndirib.
Manevr.az medicina.az-a istinadən bildirir ki, İstanbulda 45 yaşlı qadın qarın və mədə nahiyəsindəki şiddətli ağrılar səbəbindən həkimə müraciət edib. Müalicə edildikdən sonra evə buraxılan qadının ağrıları yenidən başlayıb.
Bu dəfə təcili tibbi yardımla xəstəxanaya çatdırılan qadının müayinəsi zamanı onun qarın boşluğunun yad cisim aşkarlanıb.
Endoskopiya üsulu ilə dərhal əməliyyata alınan Nilufer adlı qadının mədəsindən 5 sm uzunluğunda mismar çıxarılıb. Əməliyyatdan sonra qadın bildirib ki, əvvəlcə qarnında ağrılar başlayıb. Daha sonra bədəninin müxtəlif yerləri şişməyə başlayıb, qarın ağrıları şiddətlənib. Müayinə zamanı qarnında mismar olduğu deyiləndə qadın təəccüblənib. O mismarı necə udduğunu xatırlamır.
Qadın mədəsindən mismar çıxarıldıqdan sonra normal həyatına davam etməyə başlayıb.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar