Xəbər lenti
Murad Dadaşov ağır xəstəlikdən əziyyət çəkir– “O cihaz olmasa, yuxuda keçinə bilərəm”
Xalq artisti Murad Dadaşov 10.000 insanda bir rast gəlinən və müalicəsi çətin olan xəstəlikdən əziyyət çəkir.
O bu barədə ilk dəfə Murad Arifin verilişində olarkən danışıb.
Xroniki yuxusuzluqdan əziyyət çəkən xalq artisti həkimlərin tövsiyyəsi ilə yatanda xüsusi cihazla yatır. Aparıcının bu xəstəliyinin adı tibdə Apnoe adlanır.
"Çox ciddi xəstəlikdir, insan yuxuda oyanmadan və bilmədən keçinə bilər. Xortumlu bir cihaz var, onu taxmasam yata bilmərəm. Artıq bir müddətdir bu cihazla yatıram. Həkimdən soruşuram ki, mən bunu neçə il taxmalıyam. Deyir ki, 6-7 il. Dedim ki, necə?! 6-7 il bununla yatmalıyam?! O, mənə bir cavab verdi: "Siz niyə fikirləşirsiz ki, 6-7 il yaşayacaqsız?” Düşünün ki, yəni bu dərəcədə. Sanki başıma qaynar su tökdülər. Müalicəsi də çətindir, demək olar yoxdur”.
Apnoe yuxuda tənəffüsün bir dəqiqədən artıq dayanması kimi xarakterizə olunur. Yuxuda tənəffüs ani olaraq bir müddət durur, xəstə böyük çətinliklə nəfəs almağa çalışır. Əgər vaxtında yardım olunmazsa, ölür. Xəstəni qorumaq üçün xüsusi cihaz burnuna taxılır və nəfəs tənzimlənir.medicina.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar