Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Ürəkdə xəstəliyin olduğunu göstərən 8 əlamət – MÜTLƏQ OXUYUN

Tarix: 08-10-2019 23:17     Baxış: 4235 A- / A+
Ürəkdə xəstəliyin olduğunu göstərən 8 əlamət – MÜTLƏQ OXUYUN


Bədənimizin ən önəmli orqanı olan ürəyimizin sağlamlığını qorumaq üçün diqqətli olmalıyıq. Son illər əsasən günlük həyatımızla bağlı olan bir sıra ürək xəstəlikləri riski artıb.


Hər hansı problem yarandığı halda ürəyimiz bunu bizə kiçik siqnallarla ötürür. Lakin biz bu siqnallara nə dərəcədə diqqət edir və qarşısını alırıq?

Manevr.az medicina.az-a istinadən ürəyinizin düzgün işləmədiyini göstərən bəzi əlamətləri təqdim edir:

1.Qollarda ağrı
Ürək xəstəliyinin ən vacib əlamətlərindən biri qola yayılan ağrıdır. Belə hallarda qol ağrısı kişilərdə əsasən sol tərəfdə , qadınlarda isə hər iki qolda özünü göstərə bilər. Bəzən insanlar bunu sinir sistemi ilə əlaqələndirsə də, mütləq ürək müayinə olunmalıdır.

2.Şiddətli öskürək
Bir çox xəstəlik zamanı özünü göstərən şiddətli öskürək zamanı, xüsusilə çəhrayı maye ifraz olunursa, bu ürək çatışmazlığının işarəsidir.

3.Ayaqlarda şişlər
Heç bir səbəb olmadan bud, ayaqlar və ayaq biləyində şişlik yaranırsa, bu, ürək xəstəlikləri ilə əlaqəli ola bilər. Əgər qan ürəyə yaxşı vəziyyətdə ötürülmürsə, deməli, qan damarlarındakı maye toxumalara sızır. Bu da şişkinliyə səbəb olur. Belə olduqda həkimə müraciət etmək mütləqdir. Xüsusilə corab geyindiyiniz zaman ayaq biləyinizdə izi qalırsa diqqətli olmanızda fayda var.

4.Mədə bulantısı və iştahsızlıq
Qaraciyər ətrafındakı həzmə yardım olan mayelər ürək xəstəlikləri zamanı özünü mədə bulantısı və iştahsızlıqla göstərir. Bu zaman qarın ağrıları müşahidə olunur. Bu narahatlıqları eyni anda keçirirsinizsə dərhal həkimə müraciət edin.

5.Mənfi ruh halı
Tədqiqatlar göstərir ki, narahat və mənfi əhval-ruhiyyəli insanların ürək xəstəliklərinə tutulması göstəricisi yüksəkdir. Ümumiyyətlə, pis əhval bir çox xəstəliklərin yaranmasına səbəb ola bilir.


6.Huşunu itirmək
Ürək xəstəliklərinin yaranmasında ən çox görünən simptomlardan biri huşunu itirmədir. Bunun səbəbi ürəyin qanı yaxşı nasoslamaması və damarların tıxanmasıdır.


7.Dəridə göyərmələr
Bu, əsasən qan axınının azalması və ürəyə kifayət qədər yaxşı ötürülməyən qan nəticəsində baş verir. Hətta şok effekti ilə ortaya çıxan bu problem, bədənimizin bəzi yerlərində özünü göstərə bilər.


8.Dəri xəstəlikləri
Tədqiqatlar göstərir ki, dəri xəstəlikləri, xüsusilə də ekzema xəstələrinin 48% -də yüksək təzyiq, 29% -də isə yüksək xolesterol var. Bu tip insanlarda başqalarına nisbətən ürək xəstəliklərinin inkişafına 59% daha çox rast gəlinir.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar