Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Suşinin ölümcül TƏHLÜKƏSİ - Alimlərdən XƏBƏRDARLIQ

Tarix: 07-10-2019 08:58     Baxış: 3290 A- / A+
Suşinin ölümcül TƏHLÜKƏSİ - Alimlərdən XƏBƏRDARLIQ


Bütün dünyada məşhurlaşan bu yapon yeməyi orqanizmə sağalmaz ziyan vura bilər.

Manevr.az yenicag.az-a istinadən bildirir ki, "Telegraph" nəşri suşinin insan orqanizmi üçün təhlükəsi barədə geniş material dərc edib.

Florida Atlantik Universitetinin alimləri suşinin təhlükəsi ilə bağlı 12 il ərzində apardıqları tədqiqatın nəticələrini açıqlayıblar. Araşdırmalar nəticəsində suşinin tərkibində olan superbakteriyaların antibiotiklərə qarşı davamlılığının son 5 ildə ikiqat artdığı aşkar olunub.

Bu səbəbdən alimlər çiy balıq yeməklərinin istehlakını məhdudlaşdırmağı məsləhət görürlər. Mütəxəssislər çiy balıq ilə suşi yeyən insanların orqanizmində dəniz məhsullarından zəhərlənməyə səbəb olan "vibrio alginolyticus" bakteriyalarının dərmanlara qarşı güclü müqavimət göstərdiklərini müəyyənləşdiriblər.

Bu növ bakteriyalar dəniz suyunda aktiv şəkildə çoxalaraq yayılırlar. Həmin bakteriya bir çox ölkələrdə məşhur olan yapon yeməklərinin içindəki çiy və yarımçiy balıqlardan asanlıqla insan orqanizminə daxil ola bilirlər.

Alimlərin delfinlər üzərində apardıqları uzunmüddətli müşahidələr zamanı müəyyən edilib ki, heyvanların orqanizmindəki "məhvedilməz" bakteriyalar 2009-15-ci illər ərzində ikiqat artıb.

Mütəxəssislər bu sınaqların subyekti qismində delfinlərin seçilməsini həmin məməlilərin dənizlərdə yaşayan bütün digər canlıların indikatoru olmaları ilə izah ediblər.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar