Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Stres və depressiyanı aradan qaldırır - Əncir qurusunun İNANILMAZ FAYDALARI

Tarix: 05-10-2019 22:50     Baxış: 3270 A- / A+
Stres və depressiyanı aradan qaldırır - Əncir qurusunun İNANILMAZ FAYDALARI

Bakı bağlarını quru əncirsiz təsəvvür etmək olmur. Düzdür, indi əncir özü az qala əlçatmaz olub. Amma əgər hələ də əncir qurusu tapa biliriksə, bu bizim xoşbəxtliyimizdir. Qədimdə səfərə gedənlər, yolçular, pəhləvanlar mütləq torbalarında əncir qurusu götürərdilər. Əncir qurusu insana elə güc verir ki, sanki bir məcməyi plov yemisən.

Əncir qurusu qurudulmuş meyvələrin ən qiymətlisidir. Bir şərtlə ki, təzə əncir düzgün şərtlərlə qurudulsun.

Manevr.az medicina.az-a istinadən bütün qış boyu gündə 3-4 ədəd əncir qurusu yeməyin səbəblərini təqdim edir:

1.Hemoqlobini artırır

Quru əncirdə yüksək miqdarda dəmir var. Dərmanı əvəz etməsə də uşaqlar, böyüklər, hamilələrdə qan azlığını qısa müddətə normallaşdıra bilir

2.Depressiya və əsəbə qarşı

Əncirdə olan triptofan və B vitamini pxisoemosional vəziyyətə müsbət təsir edir, yuxunu yaxşılaşdırır, stres və depressiyanı aradan qaldırır

3.Hipertoniya ilə mübarizə

Quru meyvələr kaliy-natriy balansını qanda normallaşdırır, damarlara təzyiqi azaldır, bu da yüksək təzyiqi salmağa kömək edir

4.Əzələ -sümük sistemini möhkəmlədir

Quru əncir kalsium və fosforla zəngin olduğundan dayaq-hərəkət sisteminin möhkəmlənməsinə və böyüməsinə səbəb olur, əzələlərin yığılıb-açılmasını da təmin edir. Eləcə də oynaq və sümüklərdən duzları yuyur

5.Dəri və saçları yaxşılaşdırır

Əncir qurusu üz dərisində iltihabı, səpkini aradan qaldırır, qocalmağa qarşıdır, qırışları açır. Saç tökülməsinin qarşısını alır, tük köklərini bərkidir.

6.Qadın hormonlarını tənzimləyir

Əncir qadınlar üçün əsas hormon olan estrogenin sintezini normallaşdırır, reproduktiv fəallığı artırır, sonsuzluqda çox kömək edir.

7.Onkoloji xəstəlik riskini azaldır

Əncir qurusu yumurtalıq, prostat, uşaqlıq, süd vəzi şişlərində çox effektivdir.

Quru əncirdə olan yağ turşuları, enzim və antioksidant təsir toxumaların bəd hüceyrələrdən qoruyur.

8.Həzm sistemini yaxşılaşdırır, qəbizliyə qarşıdır

Əncirdə olan çox miqdar liflər bağırsağı işlədir, divarlarını təmizləyir, qəbizlik və hemorroyda effektivdir. Şlak, toksin və seliyi təmizləyir.İştahı yaxşılaşdırır, kökəldir.

9.Ürəyi qüvvətləndirir

Tərkibində olan turşular və kaliy ürək damarlarını, əzələsini möhkəmlədir, ürək ritmini yaxşılaşdırır, xolesterini azaldır, tromb və infarkta səbəb olur.

10.Bronx, ağciyərləri təmizləyir

Qədimdən güclü öskürəyi olan insana isti süddə quru əncir verərdilər. Quru öskürəyi yumşaldır, bronxları açır, bəlğəmi gətirir.

Diqqət: şəkər xəstələri ehtiyatla və az yeməlidir



Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar