Xəbər lenti
Bu kişilərin yalnız qız övladları dünyaya gəlir

Adətən qız övladının doğulmasına görə qadınlara "irad" tuturlar. Lakin qadının burada heç bir "günahı" yoxdur.
Bioloji nöqteyi nəzərdən gələcək uşağın cinsini ana deyil, ata "təyin edir". Bu nə deməkdir?
Bildiyimiz kimi, insan orqanizminin irsi məlumatları (dəri, gözlərin, saçların rəngi və s.) xromosomlar daşıyır. Cinsi xromosomlar X və Y olur. XX - qadın, XY - kişi fenotipidir. Kişi cinsi hüceyrələri olan spermatozoidlər X və ya Y xromosomu daşıya bilər. Qadın cinsi hüceyrəsi olan yumurta hüceyrəsi yalnız X xromosomu daşıyır. Əgər yumurta hüceyrəsini X xromosomu daşıyan spermatozoid tərəfindən mayalandırarsa qız (XX), Y xromosomu daşıyan spermatozoid mayalandırarsa oğlan uşağı (XY) dünyaya gələcək.
Bəs bunu qabaqcadan proqnozlaşdırmaq mümkündürmü? Təbii ki, tam mümkün deyil. Lakin...
Manevr.az saglamolun.az-a istinadən bildirir ki, Aberistuit Universitetinin (Böyük Britaniya) alimləri çoxlu sayda statistik və genetik materialları təhlil etdikdən sonra belə nəticəyə gəliblər ki, bir neçə bacısı və bibisi olan kişilərin daha tez-tez qız övladları və əksinə nəsildə kişilər çox olanlarda (qardaşlar, əmilər) daha tez-tez oğlan övladları dünyaya gəlir.
Bundan əlavə alimlər aşkar ediblər ki, 1-ci və 2-ci qan qrupu olanlarda qız övladlarının dünyaya gəlməsi ehtimalı daha çoxdur.
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar