Xəbər lenti
Bu genlər atadan keçir - SİYAHI
Genetika öncədən proqnozlaşdırılmayacaq bir şeydir. Bəzən insanlar 12 əl və ayaq barmaqları ilə doğulur, bəzən ağdərili valideynlərdən qaradərili körpə dünyaya gəlir.
Amma bununla belə, bəzi xüsusiyyətləri öncədən müəyyənləşdirmək mümkündür. Daha doğrusu, uşağın genetikasını məhz ana və atasından alması hələ doğuşdan əvvəl körpənin necə biri olacağını təxmin etməyə əsas verir.
Boy
Doğulacaq uşağın bu geni atadan götürülür. Hündür ataların, adətən, hər zaman hündür övladları olur.
Göz rəngi
Bu mövzuda da kişi genləri qadın genlərini üstələyir. Böyük ehtimalla, yeni doğulacaq uşağın göz rəngi və üz quruluşu atasından götürüləcək.
Dişlər
Çənə konfiqurasiyasına “cavabdeh” genlər kişilərdə daha aktiv olduğundan uşağın dişlərinin qeyri-bərabər və ya nazik olması atasından keçir.
İntellekt səviyyəsi
Bu, xüsusilə maraqlıdır. Belə ki, dahi ataların dahi oğula sahib ola bilməyəcəyi sübut edilib. Amma xoşbəxtlikdən, axmaq ataların da zəkası miras olaraq keçmir. Atanın zəka səviyyəsinin yarısı ancaq qız uşağına keçə bilər. Bu isə o deməkdir ki, ata intellektlidirsə, qızı onun zəkasının 50 faizini götürə bilər.
Ancaq onlar baba olduqda və oğlan nəvələri dünyaya gəldikdə zəkalarını bütünlüklə nəvələrinə ötürə bilərlər.
Psixoloji xüsusiyyətlər
Belə ki, diqqət çatışmazlığı, hiperaktivlik və şizofreniya atadan uşağa ötürülə bilər. Üstəlik, ata nə qədər yaşlı olarsa, risk o qədər böyükdür. Çünki illər keçdikcə onun DNT-si mutasiyalara təslim olacaq. Qadınlar isə ömür boyu dəyişməyən genlərlə doğulur.
Ürək problemləri
Lester Universitetinin alimləri spesifik xromosomlu kişilərin ürək-damar sistemi xəstəliklərindən əziyyət çəkmə ehtimalının 50 faiz daha yüksək olduğunu müəyyən ediblər. Həmin kişilərin övladları isə bu kimi xəstəlikləri (daha çox oğulları) miras ala bilər./oxu.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar