Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Küncüt yağının sübut olunmuş 7 faydası – ALİMLƏRDƏN FAKTLAR

Tarix: 27-09-2019 08:01     Baxış: 3318 A- / A+
Küncüt yağının sübut olunmuş 7 faydası – ALİMLƏRDƏN FAKTLAR

Küncüt – Sesamum indicum qədimdən yağ alınan bitkidir. Daha çox Hindistanda bitir. Arxeoloqlar qədim məskənlərdə ilk küncüt yağının qalıqlarını tapıblar.

Bu gün küncütün mədəni sortları Asiya, Afrika, Amerikada yetişdirilir. Dünyada küncütü ən çox idxal edib yeyən Yaponiya və Çindir. Yağı isə bütün Yaxın Şərqdə istifadə edilir.

Küncüt yağı ağ və qara toxumlarından alınır. Qovrulmuş toxumlarından soyuq sıxılma üsulu ilə çıxarılır. Ən keyfiyyətlisi qara küncütdən alınan hesab olunur.

Bu yağda yarıdoymuş yağ turşuları və mikroelementlər var. Bu məhsulda sezamolin və sezamin adlı antioksidant da vardır ki, hüceyrələri sərbəst radikallardan qoruyur, E vitamininin təsirini artırır.

Şərqdə küncüt yağından yanıqlarda, bağırsaq imaləsində, bədənin təmizlənməsində, masaj və üzə qulluqda istifadə olunur.

Manevr.az küncütün elmi araşdırmalara əsaslanan faydalarını təqdim edir. Küncüt yağının orqanizmə möcüzəvi təsirləri bunlardır:

1.İltihab əleyhinə və antioksidant təsir


Florida Universitetinin alimləri siçanlar üzərində küncüt yağının iltihab əleyhinə təsirini araşdırıblar. Onlar heyvanların qidasına küncüt yağı və onun suda ekstraktını əlavə ediblər. 2 aydan sonra siçanlar yüksək təzyiq, aterosklerozdan xilas olub, xolesterin azalıb, iltihab səviyyəsi düşüb.

2.Travmadan sonra ağrıları kəsir


İran alimləri aşağı ətrafların zədələnməsi ilə xəstəxanada yatan pasiyentlər arasında sorğu aparıblar. Bəzi xəstələr dərman müalicəsi ilə yanaşı ayaqlarına və travma yerinə təmiz küncüt yağı çəkdiklərini deyib. 4 gün sonra onlarda ağrılar azalıb və travmalar digərlərinə nisbətən daha tez sağalıb.

3.Ürəyi qüvvətləndirir


İranın Karidovaskulyar Mərkəzində 48 pasiyentin qidasına 4 qaşıq küncüt yağı əlavə ediblər. Bir aydan sonra onlarda xolesterin yoxlanılıb. Küncüt yağı qəbul edən qrupda qanda xolesterin qat-qat aşağı çıxıb.

Küncütdə olan yarımdoymuş yağ turşuları ürək qan damar xəstəliklərinin profilaktikası üçün zeytun yağından da üstündür.

4.Diabet xəstəliyində qanda qlükozanı salır


Bu baxımdan tədqiqatlar təkcə siçanlar üzərində deyil, konkret xəstələr üzərində də aparılıb.
Hər iki təcrübədə qidaya küncüt yağı daxil edilib, nəticədə qanda şəkər düşüb. Diabet xəstələri gündə 4 qaşıq bu yağdan qəbul edib, eləcə də salatlarda, yeməklərdə istifadə edə bilər.

5.Artrit və artroz ağrısını azaldır

Dünyada 15% əhali oynaq iltihabı xəstəliklərindən əziyyət çəkir.
Artroz və artrit ağrısının necə olmasını çəkənlər bilər.

Siçanlar üzərində 28 günlük təcrübə göstərdi ki, küncüt yağı oynaq iltihabını və ağrıları azaldır, xəstənin vəziyyətini yaxşılaşdırır.

6.Yara və yanıqlarda effektivdir


Burda da təcrübə heyvanlar üzərində aparılıb. Amma çox xalqlarda qədimdən xalq təbabətində küncüt yağının yanıq aparmasında sınandığı məlumdur.
Alimlər təcrübədə ozonla zənginləşdirilmiş küncüt yağını yara və yanıq sahəsinə tətbiq edərək, orda kollagenin sintezinin artdığını qeydə almış. Bu isə yaranın sağalması deməkdir. Amma bu yağ təzə yanığa dərhal çəkilməməlidir.

7.Stres, gərginliyi azaldır, yuxunu normallaşdırır


Qədim Ayurvedada bu məqsədlə küncüt yağı ilə baş və boyun masaj olunurdu. Bu metodu yapon alimləri öz elmi tədqiqatlarında araşdırıb.
Əsəbi və yuxu pozğunluğu olan xəstələr üzərində 2 aylıq təcrübədə onların alnına küncüt yağı damızdırılmış, üz, baş və boyunları bu yağla masaj edilmişdir.

2 aydan sonra onlarda yuxu normallaşması, ümumiyyətlə əhvallarının yaxşılaşması müşahidə olunmuşdur.

Eləcə də küncüt yağı əzələləri rahatladır, saç, dırnaq, dərinin sağlamlığının qeydinə qalır, onları qidalandırır, cavanlaşdırır.medicina.az



Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar