Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Xərçəngin qrip kimi yayılmasının səbəbi məlum olur - Alimlər içməli sudan şübhənir - DƏHŞƏTLİ ARAŞDIRMA

Tarix: 24-09-2019 23:15     Baxış: 3255 A- / A+
Xərçəngin qrip kimi yayılmasının səbəbi məlum olur - Alimlər içməli sudan şübhənir - DƏHŞƏTLİ ARAŞDIRMA

Xərçəngin qrip kimi sanki keçici, yoluxucu xəstəliyə çevrilməsi bir çoxlarını narahat edir. Bir neçə müddətdir bu kütləviliyə səbəb kimi içməli sudan şübhələnirdilər.
İndi alimlər də bu fərziyyənin üzərində dayanıb və bu barədə analitik araşdırma aparıblar.


Manevr.az medicina.az-a istinadən bildirir ki, bir qrup Amerika alimi əhalini içməli su ilə təmin edən 48 362 kommunal sistemi yoxlayıb. Suda olan kanserogen təsirli maddələrin siyahısı, miqdarı və təsiri araşdırılıb.

Bu araşdırmanın nəticələri artıq dərc edilib.

"İçməli su çox mürəkkəb faydalı və zərərli maddə birləşmələri ilə zəngindir, hazırda hökumət sağlamlıq üçün içməli su keçiricilərinin təhlükəsini çox az parametrlərlə və yalnız iri stansiyalarda aparır - deyə araşdırmanın müəllifi bildidir. - Realda isə havadan da çox su çirklənməyə məruz qalır, lakin su hava kimi ciddi, geniş yoxlamalara uğramır. Yeni analiz metodu suyun kumulyativ qiymətləndirilməsinə əsaslanır".

ABŞ Səhiyyə qurumlarının məlumatına görə, normal yaşam şəraitində xərçəng 70 yaşdan sonra baş verir. Əgər onkoloji diaqnoz artıq daha gənc yaşda insanları əhatə edirsə, burda ətraf mühit, xüsusən içməli su amili diqqətdə saxlanmalıdır.

Xərçəngin yaranmasında sudan gələn təhlükə suyun mərgümüşlə (mışyak) çirklənməsidir. Eləcə də suyun dezinfeksiyası üçün istifadə edilən məhsullarda olan radioaktiv uran və radium kimi elementlərin çox olmasıdır.

Ən yüksək risk olan su daha çox kiçik qəsəbə, ucqar əyalət yaşayış məskənlərini təmin edən su təchizatı mənbələrindədir. Çünki burda qrunt sularından istifadə edilir.

İri şəhər, paytaxt su təchizatı sistemləri insanların sağlamlıqlarının təminatına daha ciddi fikir verir.

Analitik araşdırmalar sübut edib ki, çirkli su, kommunal təsərrüfat və aiddiyyatı qurumların fəaliyyəti həmin ərazidə onkoloji riskin artmasına birbaşa təsir edir.

İçməli su resurslarının kompleks çirklənmə səviyyəsi yüksək olduqca, onkoloji xəstəlik riski bir o qədər artır.
Çox keyfiyyətsiz və zərərli maddələrlə zəngin içməli su həmin ərazi uzrə hər 100 min əhali sayında 12% xərçəngə yoluxmaya səbəb olur.

Əgər Amerika kimi sivil və inkişaf etmiş ölkədə içməli su xərçəngin yayılmasında bu qədər rol oyana bilirsə, o zaman Azərbaycanda əhalinin içməli su təchizatındakı problemləri nəzərə alsaq, burda vəziyyətin daha acınacaqlı olduğunu anlamaq çətin deyil. Məsləhətimiz odur ki, istər marketdən aldığınız, istər birbaşa mənbədən evə gələn suyun təmizlənməsi üçün özünüz tədbir görəsiz və nə olursa olsun özünüzü və ailənizi keyfiyyətli içməli su ilə təmin edəsiz.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar