Xəbər lenti
Doğmalarınızda xərçəng olub-olmadığını necə bilməli?– Vaxtında bu əlamətlərə diqqət
Bir çox insanlar sağlamlıq və həyatlarına biganədir, "eh, heç nə olmaz" deyib ciddi simptomları da görmür. Bu zaman onu xilas etmək, vaxtında xəstəliyini aşkarlamaq ailə üzvləri, doğmalarının üzərinə düşür. Çünki əziz insan xəstələnəndə, sonradan ondan da çox ağrı-acını, çətinliyi elə ailə üzvləri çəkir. Manevr.az medicina.az-a istinadən ailə üzvləri və doğma insanlarda xərçəngi vaxtında aşkarlamaq üçün təlimatları təqdim edir.
Hansı yaşda diqqətli olmalı?
Əgər sizin ailədə, nəsildə hər hansı xərçəng növündən əziyyət çəkən qohum, nənə-baba olubsa, siz ata -ananız, bacı -qardaşlarınızı diqqətdə saxlayıb, 38 yaşından sonra risk qrupuna daxil olacağınızı bilib onları müayinələrə cəlb etməlisiz.
Süd vəziləri - Süd vəzi xərçəngi bu gün qadınlar arasında yayılıb. Bəzən nənələr, analar süd vəzilərində olan şişi, axıntını, çökəyi övladına demir, gizlədir. Ona görə qızlar, eləcə də bacılar ana, nənə, xalalarının süd vəzilərindən ildə bir dəfə müayinəsini təşkil etməli, mütləq özləri evdə fürsət tapıb onların süd vəzilərinə baxmalıdır.
Kişilər həyat yoldaşlarının süd vəzilərində, giləsində, formasında, dərisində hər hansı dəyişiklik, xoşagəlməzlik görsə mütləq onu mammoloqa aparmalı, bunu hər hansı yaşla bağlı kosmetik dəyişikliyə yozmasın.
Yeniyetmələrdə və gənclərdə daha çox Hodcin növlü limfoma xəstəliyi rast gəlinir. MDB dövlətlərindən bu xəstəlik geniş yayılıb. Ona görə evdə bacı -qardaşınızın limfa düyünlərinin şişməsi, böyüməsi, qızarması, ağrıması diqqətinizdən qaçmasın.
Xallara diqqət
Ailə üzvlərinizin açıq dəri səthində qara, tünd, qabarıqlı xallar varsa,onların gündə qaralmasının, solyariyə getməsinin, o xalların mexaniki zədələnməsinin qarşısını alın və onları dermatoloqa aparıb, xallarının xarakteristikasını öyrənin.
Sarkoma - uşaq, yeniyetmə, 25 yaşa kimi gənclərdə əzələ, sümük sisteminin xərçəngidir. Qolda, çiyində, dizdə olur. Osteosarkoma daha çox rast gəlinir. Ən adi travmadan belə başlaya bilər. Ona görə dizdə, çiyində, biləkdə getməyən şişkinlik, ağrı,çıxıntı və s mütləq travmatoloqa gedib baxılmalıdır.
Zobla ehtiyatlı - qalxanvari vəzin şişləri xərçəngə çevrilir. Ona görə nəinki ana və bacınız, hətta ata və qardaşınızı da boğazda qabarma, şiş, ur olan kimi endokrinoloqa aparıb, USM etdirmək lazımdır. Xüsusən 50 yaşdan sonra həm kişilərdə, həm qadınlarda qalxanvari vəz xərçəngi artır. Bu xərçəng növü ilk başda aşkarlandıqda, əməliyyatla müalicə mümkündür.
Beyində şişlər - İstənilən yaşda ola bilər. Əgər ailə üzvü, doğmanızın yerişində, danışığında, hərəkətlərində qəribəlik görürsüzsə, aqressiyası artıbsa, görməsi zəifləyirsə, yaddaşı pozulursa, özünü qeyri-adekvat aparırsa, onu təcili MRT -ə aparın, hətta özü istməsə belə.
40 yaşından sonra ər-arvad diqqətli olmalıdır
45 yaşdan sonra kişi və qadınlarda müxtəlif ağır xəstəliklər yarana biləcəyini hər kəs nəzərə alıb, kişilər arvadlarını, qadınlar ərlərini müayinələrə məcbur etməlidir.
Xərçəngin əlamətləri digər xroniki xəstəliklərlə oxşardır. Əsas qarşı tərəfin qəfil səbəbsiz arıqlaması, yorğunluğu, halsızlığı, yuxusuzluğu, əzələ və sümüklərində qırılma hissi, titrətmə, bədənində müxtəlif qabarmalar, deformasiyalara fikir verin.
Həkimə getmədən tükrəçarə reseptləri və bitkilərlə başınızı aldatmayın. Bu qiymətli vaxtın itkisidir. Elə xərçəng növləri var ki, sadə bir əməliyyatla xəstəyə 10-20 il ömür verir, amma sizin cəmi 6 ay gecikməniz və laqeydliyiniz xəstəni sürətlə geridönməz vəziyyətə yaxınlaşdırır.
Elə edin ki, doğmanızın etibarını qazanıb, ona düzgün informasiyanı verəsiz.
Uşaqlarda leykoz
Uşaqlarda xərçəng xəstəliklərinin 30% i leykozla, qan xərçəngi ilə bağlıdır.
Uşağın qan analizləri ildə bir neçə dəfə dəqiq yoxlanmalıdır: leykosit, hemoqlobin, trombosit. Leykozun birinci siqnalı ciddi anemiyadır.
2 yaşından 7 yaşına kimi uşaqların anaları diqqətli olmalıdır: uşaq bir az oynayıb yorulursa, heç bir yeniliyə marağı yoxdursa, zəifdirsə, iştahsızdır, çəkisi azalır, dərisi ağ, rəngi qaçmışdır, qızdırmasız titrətməsi olur, təngnəfəsdir, başı ağrıyırsa, dərhal qan institutunda ciddi müayinələrdən keçirməlisiz.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar