Xəbər lenti
Bu xəstəlikləri olanlar mütləq balqabaq yesin! - Faydaları

Şübhəsiz ki, balqabaq ən faydalı tərəvəzlərdən biridir. Onun tərkibində müxtəlif vitamin və minerallar, qıdalı liflər və s. vacib maddələr var.
Manevr.az saglamolun.az-a istinadən bildirir ki, balqabaq bir çox xəstəliklər və pozulmalar zamanı yaxşı kömək edir.
- Qəbizlikdən əziyyət çəkənlər mütləq balqabaq yeməlidir. Balqabaq bağırsaqların normal fəaliyyəti üçün çox vacib olan kalium və qidalı liflərlə zəngindir.
- Dəmir və mislə zəngin olduğundan balqabaq qanın tərkibini yaxşılaşdırır və bu səbəbdən qanazlığı zamanı faydalıdır.
- Balqabaq qaraciyərin ən sevimli tərəvəzidir.
- Kaliumla zəngin olan balqabaq ürək və damarların sağlamlığını qoruyur.
- Balqabaq beta-karotinlə zəngindir. Beta-karotin orqanizmdə A vitamininə çevrilir. Bu vitamin yaxşı görmə üçün çox vacibdir.
- Balqabaq orqanizmi çox yaxşı təmizləyir və cavanlaşdırır.
- Balqabaq sidikqovucu xüsusiyyətlərə malikdir ki, bu da onu sidik kisəsi, sidik yolları və böyrəklərimiz üçün çox faydalı edir.
- Balqabaq hipertoniyadan əziyyət çəkənlərə fayda verir. Bu tərəvəz təzyiqi aşağı salmağa kömək edir.
- Artıq çəki və piylənmədən əziyyət çəkənlər mütləq balqabaq yeməlidir. Balqabaq azkalorili məhsuldur və həmçinin insanı uzun müddət ərzində tox saxlayır.
- Sinklə zəngin olan balqabaq və xüsusilə balqabaq tumları kişi sağlamlığı üçün çox faydalıdır - spermanın tərkibini yaxşılaşdırır, potensiyanı artırır, kişi cinsiyyət sistemi xəstəliklərinin riskini azaldır.
- Balqabaq immun sistemini möhkəmləndirir, dəriyə çox müsbət təsir edir, dərini cavanlaşdırır.
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar