Sizin Reklam Burada
Xəbər lenti
19-01-2025
18-01-2025
BÜTÜN XƏBƏRLƏR

Bu yağları qarışdırmayın! - Xəstəlik yaradır

Tarix: 04-09-2019 08:14     Baxış: 3235 A- / A+
Bu yağları qarışdırmayın! - Xəstəlik yaradır

Tanınmış Rusiyalı kardioloq, ailə həkimi və bloqer Yelena Anşina kərə və bitki yağlarının qarışdırması haqqında məlumat paylaşıb.

Həkim xəbərdarlıq edir ki, qidalanmada bitki (günəbaxan, qarşıdalı, zeytun) və kərə yağını qarışdırmaq qəti şəkildə olmaz.

Manevr.az bildirir ki, həkimin sözlərinə görə, bu halda piylərin orqanizm tərəfindən mənimsənilməsi kəskin artır. Bu isə qanda xolesterinin səviyyəsini qaldırır, aterosklerozun inkişafını sürətləndirir.

Ateroskleroz zamanı damarlarda xolesterin yığılır ki, bunun nəticəsində damarlar daralır, zəifləyir, kövrək olur. Bütün bu patoloji proseslər damarların partlaması və tam bağlanması riskini qat-qat artırır. Ateroskleroz bütün dünyada ürək xəstəlikləri, infarkt və insultun əsas səbəbidir.

Həmçinin bitki və kərə yağlarının birlikdə istehlakı artıq çəki və piylənməyə səbəb olur.

Doktor Anşina yemək hazırlanması zamanı yağları qarışdırmamağı tövsiyə edir. Misal üçün, kartof və ya kotlet qızardanda bir çox qadınlar bunu bitki və kərə yağlarının qarışığında edir. Bu yolverilməzdir.

Həmçinin kardioloq qeyd edir ki, ayrı ayrılıqda kərə və bitki yağında hazırlanmış qidaları eyni qida qəbulu zamanı yemək olmaz. Məsələn, kərə yağında hazırlanmış sous və bitki yağı əlavə olunmuş salat eyni qida qəbulunda yeyilməməlidir.sağlamolun.az


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar