Xəbər lenti
Ölümü proqnozlaşdıran QAN TESTİ
Həkimlər insanın ölüm vaxtını təxmin edə biləcək qan testi yaradıblar. Almaniya və Hollandiyadan olan tədqiqatçılar insanın on il ərzində ölüb-ölməyəcəyini 80%-dən çox dəqiqliklə müəyyənləşdirməyə imkan verən texnologiya hazırlayıblar.
Manevr.az xəbər verir ki, bu metod 18 yaşından 109 yaşına kimi olan 44168 insanla bağlı aparılan tədqiqat məlumatları əsasında hazırlanıb.
Məlumatlar qanda 226 fərqli maddənin ölçüsünü və ölüm vaxtını əhatə edir. Məlum olur ki, tədqiqat aparılan 17 il ərzində izlənilən 44168 nəfərdən 5512 nəfəri ölüb.
Tədqiqatçılar 1997-ci ildən 7603 finlandın olümünü qabaqcadan proqnozlaşdırmaq üçün qanın 14 parametrindən istifadə ediblər. Müşahidə müddətində 1213 finland ölüb.
Bu araşdırma nəticəsində 5 və 10 il ərzində ölüm proqnozu 83% dəqiqliklə olub. Amma bu dəqiqlik yaşı 60-dan çox olanlar arasında 72%-ə düşüb.
Bu 14 markerdən əksəriyyəti çoxdan məlumdur. Məsələn, qanda şəkərin miqdarı, “pis xolesterin”, iltihabla əlaqəli doymamış yağ turşuları, böyrək və qaraciyər problemlərini göstərə bilən albuminlərlə əlaqəli amillər və s. Ancaq digərləri, məsələn, asetoasetat ölümlə o qədər də açıq şəkildə əlaqələndirilmir və bir sıra əlavə tədqiqat tələb edir.
Bununla yanaşı, bu biomarkerlər ənənəvi metodlarla müqayisədə 5 və 10 illik ölüm riskinin proqnozunu açıq şəkildə yaxşılaşdırır. Tədqiqat müəllifləri yazır: "Bu nəticələr, metabolik biomarkerlərin profilləndirilməsi, müvafiq klinik şəraitdə təsdiqlənərsə, xəstənin müalicəsini istiqamətləndirmək üçün istifadə edilə bilər".
Hazırda araşdırmalar davam edir. Çünki markerlər yalnız nəzəri deyil, klinik şəraitdə də sınanmalıdır. Üstəlik, araşdırmada əldə edilən bütün məlumatlar Avropa mənşəli insanlardan alınıb, ona görə də digər qruplara tətbiq oluna bilməz.e-tibb.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar