Xəbər lenti
Hərəkət edəndə ağrıyırsınız? - Artroz və müalicəsi
Hərəkət zamanı oynaqlarınızda ağrı var? Yeriyərkən xırçıltı hiss edirsiz? Xırçıltı aydın eşidilirsə, bu, adətən, xəstəliyin 2-ci, 3-cü mərhələdə olduğunu göstərir. Bunlar əlilliyə gətirən artroz xəstəliyinin əlamətləri ola bilər.
Manevr.az xəstəliyin səbəbləri, gedişatı və fərqli Bioloji metodlarla müalicəsi barədə məlumatı təqdim edir.
Аrtroz - dayaq-hərəkət aparatının ən çox yayılmış patologiyasıdır.
Statistik göstəricilərə əsasən, dünya əhalisinin 80% -i bu və ya digər dərəcədə artrozdan əziyyət çəkir. Bu xəstəlik oynağın tədricən dağılması, həmçinin, oynaqətrafı nahiyədə arzuolunmaz proseslərin getməsi, oynaq qığırdağının degenerativ-distrofik dəyişiklikləri ilə xarakterizə olunur.
Müalicəsiz qalmış xəstəliyin nəticəsi - insanın əlil olmasıdır. Bu səbəbdən zamanında alınmış düzgün müalicə çox vacibdir. Xəstəliyin əsas səbəbi mübadilə proseslərinin pozulmasıdır. Bununla yanaşı, travma, anadangəlmə inkişaf qüsurları, oynaqların iltihabi xəstəlikləri, oynaqların həddən artıq yüklənməsi, artıq çəki də xəstəliyin əmələ gəlməsində müəyyən rol oynayır.
Artroz ağrı, çox hərəkət zamanı ağrıların artması və hərəkət məhdudluğu ilə təzahür edir. Simptomlar tədricən artır, lakin xəstəliyin inkişaf sürəti müxtəlif ola bilər. Yaş artdıqca xəstəliyin yaranma və inkişaf ehtimalı da yüksəlir.
Artrozun 4 əsas simptomu var:
1. Ağrı: birinci mərhələdə zədəli oynaqlarda hərəkət zamanı ağrı (xəstəliyin lap əvvəlində çox da nəzərə çarpmır ki, bu da xəstəliyi diqqətdən yayındırır), ikinci mərhələdə ağrı oynaqlara cüzi yüklənmə zamanı yaranır, üçüncüdə isə- hətta, sakit vəziyyətdə belə ağrı ola bilər.
2. Quru və sərt xırçıltı artrozu sübut edən əlamətlərdən biridir, o, oynaq səthinin sürtünməsi nəticəsində əmələ gəlir. 2-ci, 3-cü mərhələlərdə artıq xırçıltı aydın eşidilir.
3. Oynaqda hərəkətin məhdudlaşması. Xəstəliyin ilk dövrlərində oynaqda hərəkət məhdudiyyəti zəif olur, xəstəlik dərinləşdikcə məhdudiyyət artır.
4. Oynağın deformasiyası.
Artroza diaqnoz qoymaq üçün bir sıra laborator və instrumental müayinə-lərdən istifadə edilir: MRT, Rentgen, qanın ümumi analizi və s.
Müalicə
Ağrı sindromu və iltihabi proseslərin azaldılması ilə yanaşı, müalicə həm də metabolik və mikrosirkulyator pozulmaların, immun sisteminin disfunksi-yasının aradan qaldırılması və qığırdaq toxumasının dağılmasına səbəb olan prolin-hidroksiprolin mübadiləsi pozulmasının müalicəsinə yönəlir.
Müalicə həm sistemli, həm də lokal aparılır. Biotənzimləyici terapiyada istifadə olunan preparatlar insan orqanizminin özünütənzimləmə qabiliy-yətinin bərpasına yönəlmişdir.
Artrozun müalicəsi artroloq və ya revmatoloq tərəfindən aparılır. Müalicə zamanı digər mütəxəssislərin də köməyinə ehtiyac olur: dietoloq, fizioterapevt, osteopat, reabilitoloq.medicina.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar