Xəbər lenti
7 il əvvəl qəzaya düşən şəxsin cinsi fəaliyyəti bərpa olundu
Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında kişilərin cinsi zəifliyinin aradan qaldırılması üzrə unikal əməliyyat icra olunub.
Manevr.az qafqazinfo-ya istinadən xəbər verir ki, urologiya kafedrasının professoru İlham Əhmədov və komandasının icra etdiyi əməliyyatla ağır qəzadan sonra 7 dəfə əməliyyat olunmuş gənc xəstəyə penoskrotal 3-lü şişirilə bilən protez qoyulub və onun cinsi fəaliyyəti bərpa olunub.
İ.Əhmədovun sözlərinə görə, klinikaya 32 yaşlı xəstə total erektil disfunksiya (cinsi fəaliyyətin olmaması) ilə bağlı müraciət edib. Bununla yanaşı, xəstə 7 il əvvəl keçirdiyi avtomobil qəzasında çanaq zədələnməsinə məruz qalıb. Bundan sonra 7 dəfə müxtəlif əməliyyat keçirib: dəri autotransplantasiyası, uretraplastika, meatotomiya və s. Xəstə dəfələrlə konservativ müalicə alsa da heç bir effekti olmayıb:
"Odur ki, avqustun 16-da xəstəyə ümumi anesteziya altında üç parçalı penil protezin implantasiyası penoskrotal yolla əməliyyatı keçirilib. Əvvəllər bu əməliyyatı qasıq üstü nahiyədən həyata keçirirdik. İndi isə penoskrotal nahiyə ilə travmanı minimuma endiririk. Bununla da əməliyyatın gedişinin effektivliyi və xəstə məmnunluğu 95-98% -ə çatır".
Professor bildirir ki, adətən bu xəstələr 3 mərhələli - dərman, iynələr və vakuumla müalicə alırlar. Əgər bu üsullar effekt verməsə, bundan sonra penil - protez implantasiyası həyata keçirilir. Bu zaman cinsi orqanın mağaralı cisminə silikon protez, sidiklik önü nahiyəyə rezervuar və xayalıq nahiyəsinə pompa (şişirilə bilən) qoyulur və onlar xüsusi cihazlarla bir-birinə birləşdirilir. Pompanın şişirilməsi ilə rezervuar mayesi cinsi orqanın içindəki boruları dolduraraq onu sərtləşdirir.
Xəstə cinsi əlaqədən sonra pompanın yanında qoyulmuş bir düyməni basmaqla prosesi əksinə çevirir - yəni, maye rezervuara gedir və cinsi orqan yumşalır. Həkim bildirir ki, normalda kişilərdə cinsi orqanın sərtliyi 100 civə sütununda olur. Bu aparat ilə isə sərtlik 120 civə sütununa catır. Bu proses zamanı eyakulyasiya hissiyyata heç bir təsir göstərmir. Protezlər kənardan görünmür və hiss edilmir. Xəstə istədiyi sərtliklə normal cinsi əlaqədə ola bilər. Bu protezlər orqana ziyan vermir.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar